Çanaqqala içində vurdular bəni..Anadolu türküsü

Yatmışdım yuxuda səs gəldi: oyan,Ya Tanrı, yad ki damarınmda qan.Dedi: özünə bax, özünə boylan;-“Çanqqala içində aynalı çarşı..”

Geyindim, dar gəldi ruhuma bədən..Çatdı yol ayrıcı: ya yar, ya vətən...Arzumun cavabı gəldi cəbhədən:“Ana bən gediyom düşmənə karşı...”

Boğaz boğulurdu: qisasa qisas,Əski məzarından boy verdi Bizans..Döş-döşə , diş-dişə düşmən çox, biz az:“Çanaqqala içində vurdular bəni..”

Hələ qanım isti, torpağım nəmiş...Yenmək əldəikən, yenilmək nəymiş?Ruhum döyüşlərdən geri dönməmiş:“Ölmədən məzara qoydular bəniQoydular ey vah!..”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets