Deyil ki
Pərişan ömrümə baxma qıyqacıHəyatım cənnətin bağı deyil ki?!Kimin ucbatından ağartdım saçıBaxtımdı, saçımın ağı deyil ki?!
Bax mənim ömrümə, qəlbimə baxma.Sınıb o evciyəz, uçub o daxma.Vüsal günlərini başıma qaxma—Yaşımın sevilən çağı deyil ki?!
Vüsalla hicranın yolu bir qarış,Kimin xeyrinədir görən bu yarış?!Sənə deyəmmərəm barışma, barış,-İç bu məhəbbəti ağı deyil ki?!
Özün günahkarsan, özün üzürsən.Bir eşqin sədaqət ömrünü sür sən.Gözümün işığı kimdən küsürsən,Gördüğün Məmmətdir, yağı deyil ki?!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-deyil-ki
Use ← → keys to move, R for a random poem