Hazırlaş o dünyaya
Könlünü Tanrıya aç,Ölümsüzdü bu inanc.İynəni yaxana sanc-Axşamlar bir qonşuyagedən kimi hazırlaş.
Yeddidən yetmişə dön,Gəlmisən getmişə dön,İtiyi itmişə dön-Səni bir itirən var,itən kimi hazırlaş.
Ölüm nədir bilməmiş,Ölmə görək, ölməmiş.Bu dünyaya gəlməmiş,O dünyaya verdiyinvədən kimi hazırlaş..
Arğacı, ərişi nə?Fikir ver hər işinə.Hazırlaş o dünyaya,İlahi görüşünə-Üzünü görmədiyinVətən kimi hazırlaş..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-hazirlas-o-dunyaya
Use ← → keys to move, R for a random poem
More by this author
Demiryol vağzalı...Qatar ayağıArada sükuta sepelenen qar.
Mənzil başındaQırxıncı illərin qədəmi ağır...Yerə çınqı düşdü...
Qəm yemə, qaldısa son ümid yeri...Başını qatanda qürbət çağları,Gedib son mənzildə unutma ilki..
Gedərsən, məchula yol gedər gedənGedərsən, məchula yol gedər gedən,Qürbət, bir açılmaz sirdən başlıyar.
Poems by other poets
بر خلق فکنده فرّ شمس الدین است
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Bu gecəGenə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.