Varın yoxsul ölkəsi
Xəritədə bir damla,Qara mazut ləkəsi.Varı başına bəlaVarın, yoxsul ölkəsi..
Ürəyinin qarasıÜzünü ağ eləmir.Bir özü, bir yarasıBurun-damaq eləmir.
Ayağa dolaşanlar,Baxırsan, gözə çarpmır.Ölüm, öldürmək için,Düşüb mərd gəzir, tapmır..
Hanı “Odlar ölkəsi”,Nəyi ağ günə çıxıb?Ürəyinin ləkəsiVurub üzünə çıxıb.
Həqiqətin həyatda,Şikəst doğulduğu yer.Yalanın qeydiyatdaVətəndaş olduğu yer..
Zaman nəfsinin quluFalına qəza çıxar.Nə ləkədən qurtulur,Nə qışdan yaza çıxar.
Günəş çıxır ya çıxmırBir elə fərq eləmir.Öz nuru göz nurunuIşığa qərq eləmir…
Qarıdır qarğışı da,Ömrün xəzan çağı var.Çıxmq bilməz qışı daYəqin çıxacağı var.
Nə doğdu yaz günəşi,Nə ay boylandı, batdı:Fevralın 254 gündən sonra martdı…
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-varin-yoxsul-olkesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey nuri-çeşmi-binişü vey qibleyi-dua,Xurşidi-afərinişo şəm’i-şəbi-hoda.
Nə umarOlarmı ulussuz yurd yer üzündə?O bir boş sahədir çölün düzündə!
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.