Arzu
Mən istərəm şerimin təravəti duyulsunBağçaların, bağların çiçəyində, gülündə.
Mən istərəm sezilsin cəh-cəhim bahar çağıSevdalı bülbüllərin vəsətində, zilində.
Gəlsin əksi-sədası yazdığım nəğmələrinVətənin bu çağlayan gur çayında, selində.
Gecələr çıraq kimi alışsın misralarımKolxozçu qardaşımın aynabənd mənzilində.
Əks eləyim eşqini mehriban insanlarınSədəfli rübabımın könül açan telində.
Xatırlasın gələcək nəsillər məni daimXəzərin bu çıraqban, sevdalı sahilində.
Bir iftixar duyaraq, bəxtəvər dünyamızdanBu şövq ilə yazıram Azərbaycan dilində.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-arzu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
BitirAşıq, gəl bir söz yazanda,Zidininə get sətir-sətir.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Quzular mələşəndəZoğallar çiçək açır,Fikrimdə durna uçur,