Musiqisi F.Əmirovundur

Əl vurduqca simli tara, aman, ay gülüm,Səs salırsan göy dağlara, aman, ay gülüm.Nə şirindir xoş avazın, ay ceyran gözəl,Can qurbandır yara, aman, ay gülüm!Qara gözlü gözəl yar, sənsiz könlüm yaralı,İnsaf elə, amandır, Azərbaycan maralı.

Əl vurduqca simli tara, aman, ay gülüm!Səs salırsan göy dağlara, aman, ay gülüm.Gəl, sənsizəm, ömrün vüqarıGəl sevdalı gəncliyimin gülgün baharı!Oldum aşiq, xeyli gözəlsən,Nə sevdalı bir əməlsən, ay gülüm.

Nə şümşaddır barmaqların, alagöz pəri!Qəranfildir dodaqların, alagöz pəri,Ceyran gəzən bir ovçuydum, ovladın məni,Şən maralı bu dağların, alagöz pəri.Qara gözlü gözəl yar, sənsiz könlüm yaralı,İnsaf elə amandır, Azərbaycan maralı!Gəl sənsizəm, ömrün vüqarı,Gəl sevdalı gəncliyimin gülgün baharı.Oldum aşiq, xeyli gözəlsən,Nə sevdalı bir əməlsən, ay gülüm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love