Balaca bağbanlar
Ağaclar dirçələndə,Quşlar qonaq gələndə,Bəzənəndə dağ, dərə,Baxıb gözəl düzlərəBizim sadə uşaqlar,Sevimlilər, qoçaqlar –Dırmanıb dağ döşünə,Sevinərək çıxdılarBaharın görüşünə.Zəfər dedi: – Uşaqlar,Çiçəklənir göy bağlarGəlin haqq-hesab verəkKim neyləmişdir görək.Həvəslə dedi Bəhram:– Mən ancaq kağız badam,Bir də hulu əkmişəm.Dedi Qulu: əkmişəmHeyva ağacı mən də.Sizi qonaq edərəmAğacım bar verəndə.Üzü gülər, könlü şadFərəhlə dedi Polad:– Ərik yaxşı bəhərdir,Tumu şirin, şəkərdir.Püstənin tayı olmaz,Barının sayı olmaz.Yeməyə bəhərindənOnları əkmişəm mən.Tutu, o əlaçı qızDedi ki, mən də yalnızAlma, armud əkmişəm,Bir də ağ tut əkmişəm.Hamı söylədi bir-birNə ağacı əkibdir.Şirindilli FirəngizSual etdi: Zərəngiz,Bir mənə de, a bacı,Ancaq meyvə ağacıƏkir nədən uşaqlar?Güllərin də ətri var.Bəs qızıl gül, qərənfil,Süsənbər lazım deyil?Hey ağacdan deyirlər,Nədən gül əkməyirlər?Kənardan sakit baxanBir kamil qoca bağbanDedi, əziz balalar,Hər bitkinin yeri var.Şam ağacı qış və yazYaşıl paltarsız olmaz.Gözəldir alma, nar da,Qızıl gül də, çinar da.Çalışın zəhmət çəkin,Ağac da, gül də əkin!Uşaqları bağbanınRazı saldı sözləri;Şəfəq saçdı gözləri.Çox şad gözdən itdilər,Gülə-gülə baharınQarşısına getdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-balaca-bagbanlar
Use ← → keys to move, R for a random poem
More by this author
Heç nə baş verməyibdir sanki bu gün Livanda,Sakitlikdir limanda,
Restoranda– Dayan, girmə içəri!Gəlmə restoranıma, tez ol qayıt, dön geri.
Uçurun daxmalarıBakını gözəlləşdirən, əzəmətlibinalar tikən ustalara ithaf edirəm.
Ey həkimSən əlac eləyirsən gözlərimə, ey həkim!Nə olar bir qulaq as sözlərimə, ey həkim!
Poems by other poets · Nature and spring
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Salam, a zirvələrSalam, a gədiklər, salam, a dağlar!Yenə boynunuzu qucmaq istərəm.
ZülfünHər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.