Qar bürüyüb dağları,Bağçaları, bağları.Donub çaylar, bulaqlar,Buz bağlayıb budaqlar.Qış belə dövran sürür,Əllərilə öldürürZərərli böcəkləri.Qışa pis deyənmi var?Taxılı örtməsə qarBir qalın yorğan kimi,Sünbüllər ümman kimi,Göylərə dalğalanmaz.Qış bizə nemət verir,Dad verir, ləzzət verir.Qar düşməsə çöllərə,Qovuşmarıq güllərə.Sevimli bahar olmaz,Baxçalarda bar olmaz.Qış bizə nemət verir,Dad verir, ləzzət verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring