Enib gölə yuyunurGözəllər tək yenə ay,Görünməyirsən niyə?Dodağı nəğməli çayYenə baş alıb gedir;Çıxmırsan çəmənliyə,De bunun sirri nədir?

Yel əsib göy çinarınSaçlarını darayır,Divarlarda rəqs edirYenə əvvəlki tək ay.Gözüm səni arayır;Dodağı nəğməli çayGörməyir surətini,Düşünür illətini,Deyir: “Axıb gedərkənAxı kimə deyim mən –O qaragöz dilbərinZülmünü, zillətini?”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets