Saçları yamyaş,bədəni yamyaş, -çöldə veyillənirdi Həmidyağış içində.Evdə qan-tər içindəydi Həlimə, -saçları yamyaş,bədəni yamyaş,gözləri yaş içində...

Çöldə bir-birini ovuşdururduHəmidin barmaqları.Addımı-addıma calaşdırırdıHəmidin ayaqları.Barmaqlarından, ayaqlarındanHəmidin xəbəri yoxuydu ancaq,Həmid Həlimənin yanında idi.

Həlimənin yanındakı ki Həmidinbir gözü Həlimədə.Bir gözü pəncərədən zillənmişdiküçədəki Həmidə,Küçədəki Həmiddən də o yana,yağışdan da o yanazillənmişdi bir gözü,bir çəməni görürdü,

O çəməndə bir-birinə sarılanHəmid ilə Həliməni görürdü,Odlu-odlu, dadlı-dadlıpıçıltılar, ufultulargəlirdi qulağına...

...Ufuldadı, inildədiyataqdakı Həlimə.Otaqdakı Həmid hirsləndi birdən,çöldəki Həmidi söymək istədi.Salıb təpiyinin altına indiçöldəki Həmidi döymək istədi.Çəməndəki o ləzzətin acığınıçıxartmaq istədi onun canından....çəməndəki o ləzzətin ağrısınıtək-tənha çəkirdi Həlimə indi...

Ağrıdan böyüdü, irildiHəlimənin gözləri.Böyüdü, daşdı otaqdan,böyüdü, dünyadan daşdıgözləri Həlimənin.Özgə bir dünyaya düşdü Həlimə,çığırmaq istədi,səsi gəlmədi....çığıra-çığırakörpə bir Həlimə gəldi dünyaya...

Uzaq, özgə bir dünyadauzanmışdı Həlimə,Bu dünyada, ayağının ucundakörpə bir Həlimə çabalayırdı...

Uzaq, özgə bir dünyadanHəlimə gülümsədiçəməndəki Həmidə,bayırdakı Həmidə,otaqdakı Həmidə.Otaqdakı Həmid qopdu yerindən,sevinə-sevinə çölə yüyürdü.Çöldə, yağışda islananHəmidi basdı bağrına;– Atasan, - dedi, - atasan!..Yağışda islanan HəmidHəlimənin yanındanqaçıb gələn Həmidinköksünə qoydu başını,axıtdı gözünün yaşını...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring