Qardaşlıq ağacı
Gəlib Tacikistana ehtiram ilə bir gün,Sədrəddin Aynimizin qəbrinə baş çəkmişəm.Düşənbədə sülh üçün başlayanda toy-düyün,Azərbaycan adından körpə ağac əkmişəm.
İndi o yaşıl ağac dostluq xiyabanındaQalxıb uca göylərə, xeyli qol-budaqlıdır.Ömrümün çox bəxtəvər, firavan zamanındaKönlüm deyib-gülməyə, sevinməyə bağlıdır.
Gəzirəm ölkələri, elləri diyar-diyar,Gəzməyə həvəsim var.İlhamın qanadında göylərə yüksələndə,Düşənbəyə gələndəO yam-yaşıl ağaca iftixarla baxıram,Qanadlanıb fərəhdən asimana qalxıram,Yox, bu ağac deyildir ürəyimi dindirən,Məni çox sevindirən.Könlüm yaşıllıqlara çoxdan aşiqdir mənim.Baxdıqca torpağıma,Düzənimə, dağımaUçuram, heç uçuram, Pamir olur məskənim.O, sərinlik gətirir xeyirxah insanlara.Vüqarla sinə gərir sərt əsən tufanlara,O qardaşlıq ağacı kölgə salır hər yerəÇağırır insanları toylara, düyünlərə.Biz həmən bu ağacın altında toplanmışıq,Eşqilə ağ günlərin məşəl kimi yanmışıq.Həmən şanlı ağacın altında dönə-dönəNəğmələr oxumuşuq oxuyuruq, bax, yenə.Böyük bir etiqadla könül verərək bizəİnsanlar axın-axın qoşulur nəğməmizə.Məqsədimiz bəxtiyar, işıqlı bir gələcəkBizim həyat nəğməmiz hələ çox yüksələcək...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-qardasliq-agaci
Use ← → keys to move, R for a random poem