Quba bağlarında
Qubanın bağları çiçək-çiçəkdir,Sevinci bağbanın ümmana bənzər.Ağaclar bol meyvə gətirəcəkdir,Baxdıqca doymuram, salıram nəzər.
Bahar heyran edir yenə insanı,Şaxlarda gül deyil, şeriyyətdi bu.Sanki çıxıb yola çiçək karvanı,Əsla xəyal deyil, həqiqətdi bu.
Hər ağac elə bil ağ xalatlı qız,Təcrübə dərsinə gəlmişdir yenə.Sabahın həkimi hər səbatlı qızBaxır ilk baharın əməllərinə.
O, toy paltarını geymiş gəlindir,Xoş gəlir günlərin həftəsi, ayı.But ər çiçəklərsə öz əməlindir,Çoxu ağ açılır, azı çəhrayı.
Güllü ağacların arasında mənGördüm həyalı bir dağlar qızını.Onun gözlərinin qarasında mənSevdim bir cavanın bəxt ildızını.
Ey Quba bağları, Quba bağları,Sizdə təbiətin nadir rəngi var.Siz ey el bağları, oba bağları,Sizdə şeriyyətin xoş ahəngi var.
Əgər soruşsalar məndən ki, nədirBu göz işlədikcə ağarır ağ-ağ?Deyərəm şeirdir, incə nəğmədirDuyan eşidəcək, görən duyacaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-quba-baglarinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
YəqinGül belə rəxşan ola bilməz yəqin,Ay belə xəndan ola bilməz yəqin,
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Atəşdə yox o suz ki, bu qəlbü təndə var!