Çıxıb otsuz bir təpəninDostlarımla üzərinə.Nəzər saldım ana yurdunMəhəbbətlə hər yerinə.

Ah, nə gözəl mənzərədir:Sağım meşə, solum Bozdağ!Qabağımda coşub gedir,Əzəmətli Kür qalxaraq.

Təbiətlə bu yer, dedim,Bir də tanış etdi məni.Vəsf eləyim bir şeirləDayandığım bu təpəni.

Seyr eləyib yola düşdümƏzəmətli iş yerinə.Bir səs mənə: “Alqış, – dedi, –İnsanların hünərinə...”

On gün ötdü, yada düşdüDırmandığım gözəl təpə.Getdim onun torpağınıXəyalımda öpə-öpə.

Gəlib gördüm təpə yoxdur,Çox qəribə mənzərədir!Təpə yoxdur, qabağımdaİndi ancaq gen dərədir.

Dedim mən ki, azmamışam,İtirmədim heç o yeri.Bu dəm gəldi xatiriməKainatın şah əsəri.

İnsan oğlu, gecələriO, hünərlə gündüz edir.Şəhər salır, boz dağlarıQüdrətilə dümdüz edir.

Bürüyərkən düzəngahıMaşınların qadir səsi.Dedim: İnsan qüdrətininQoy var olsun təntənəsi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets