8 Mart qadınlar günü
Bu gün, yəni martın səkkizinci günü beynəlxalq işçi qadınları günüdür. Digər tərəfdən də bu gün bütün islam aləmində rəmazan gecələri əhya ibadətləri əsnasında mömin müsəlman qadınlarının “Bikə, ya Allah” çağıran günüdür.
Lakin bu heç bir-birini tutmadı: işçi qadın hara, əhya qadını hara?! Bu hal həmişəlik davam edə bilməyəcək; bu ola bilməyəcək ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib, axirətdə qılman axtarmaqla məşğul olsun.
Bu iki dünya ayrı-ayrı dayanıb dura bilməyəcək: ya bu onu öz tərəfinə çəkəcək, ya o bunu. Necə ki, mömin müsəlmanlar deyirlər: “Ya ağ ləkə qara ləkəni basacaq, ya qara ləkə ağ ləkəni”.
Bəs, hansı basacaq?
Dünyada tək bircə qüvvə var ki, cəmi sair qüvvələr ona tabedirlər: o da insanların yoldaşlıq zəhməti.
Onunçün də beynəlmiləl zəhmətkeş qadınlar dünyasının müqabilində “Bikə, ya Allah!” çağıran mömin qadınlar, dayanıb dura bilməyəcəklər.
Yaşasın beynəlxalq işçi qadınlar!
Yaşasın mütləq qadınlar azadlığı!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 mart 1929, №10
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-8-mart-qadinlar-gunu
Use ← → keys to move, R for a random poem
More by this author
Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.
Şəfqət bacısıOxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.
YollarımızƏvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.
MünacatEy yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.
Poems by other poets · Satire
Lovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Allahu-ələmOlmuşdur Iran,Qaynar bir qazan.