Abru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.

Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:

– Yəqin məscid çox isti imiş. Bəlkə orada peç yandırırlar. Amma axırda eşitdim ki, arvadların tərləməyinə bais məscidin istiliyi yox, vaizin “Biabır” mövizəsi olubdur. Belə ki, o gün həmən məsciddə Seyid Məhəmməd Hacı Mir Cabbarzadə minbərdə mövizə əsnasında övrətlər ilə kişilərin münasibətinə dair elə qırmızıca və utanmaz söz danışıb ki, orada olan arvadların əti tökülüb. Onun üçün də hamısını tər basıbdır.

Burada bildim ki, “Abru”nun mənası nə imiş.

Lağlağı

“Molla Nəsrəddin”, 9 aprel 1927-ci il, №15

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çiçək

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

4 min
Tök!

– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.

3 min
İmtahan

Axır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.

3 min
Müsəlmançılıq

Hər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.

3 min

Poems by other poets · Satire