Ad
Sən çalış adın bədnam olmasın.
Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi.
Amma qalanlarına sözün nə?! Qalanlarının heə biri özünü müsəlmana oxşatmır və yaxşı da eləyir: çünki müsəlman bədnam olubdur.
Sən çalış, adın bədnam olmasın, yoxsa əməlin ötüşüb keçər. Məsəl gətirək.
Osmanlı Trablisdə vuruşma vaxtı ittifaqən bir xaçpərəst övrətinin, ya uşağının qətlinə bais olanda Avropa qəzetləri səs-səsə verib çığırışırdılar:
– Ay vəhşi müsəlmanlar, ay qan tökən şərqlilər!
Bunun səbəbi budur ki, osmanlının adı osmanlıdır.
Amma indi italyanlar osmanlılara basılandan sonra, özləri o qədər vəhşilik, o qədər yırtıcılıq göstərirlər ki, insan az qalır iyrənsin.
Bəs axır bunlar deyirlər, biz tərbiyəli millətik, biz mədəniyik, biz italyanıq, nə bilim biz it yalayanıq?!
Bəs bu qədər namərdlik, bu qədər günahsız ərəb əhalisinin qanını sormaq hara, avropalılıq hara?!
A qurumsaq, bəs bu nə işdir?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 22 oktyabr 1911, №37
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ad
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.
Eydi-rəməzanŞükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.
Çay dəsgahı1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba
Kişmiş oyunuƏhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?
Poems by other poets · Satire
Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
GapBirdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.