Varmıdır Allah?

Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır.

Və aşkardır ki, bu danışılanların tək bircə məqsədi var: məqsədi budur ki, Allahın varlığını inkar etsin, dansın. Bu qəbil adamlar, şəkk yox ki, özləri Allahsızdırlar.

Varmıdır Allah?

Bu söz özü çox mərdümazar sözdür. Hətta axır vaxtlarda teatr yazanlar da Allahın yoxluğunun söhbətini səhnəyə çıxarmaq istəyirlər. Və lakin teatrla və səhnə ilə işim yoxdur. Sözüm tək bir məsələ barəsindədir. Bəs bunun axırı haraya gedib çıxacaq? Bəs, nə vaxta kimi Allahsızlar bu məsiyətkar sözləri, bu məlun şüarı Allahın mömin bəndələrinin içinə dağıtmaqda olacaqlar?

Mənim bu məsələ barəsində artıq diltəng olmağım o babətdəndir ki, mən bunun dalından qorxuram, aqibəti pis görürəm. Görürəm ki, xudavəndi-aləmin varlığına şəkk və şübhə edənlər gün-gündən artmaqdadırlar; görürəm ki, mürtədlər hələ iclaslar və təşkilatlar qərar verirlər, hələ müntəzəm surətdə təbliğatlar aparırlar və öz lən olunmuş niyyətlərini yerinə yetirmək üçün heç bir şey müzayiqə etmirlər. Heyhat!..

Bununla bərabər bəndeyi-aciz tək bircə şeyə məəttəl qalıram: bəs, zəmani ki, bu qədər yoldan azmışlar Allah-taalanın qabağına çıxıb onun varlığını yoxluğa mübəddəl etmək istəyirlər, – bəs, xub, aya, görək Allah-taalanın özü bu barədə nə deyir və nə səbəbə heç dinmir və bu məlunlara bir tənbeh eləmək istəmir və beləliklə, öz varlığını göstərmək istəmir?

Neçə min ildir ki, hərdən bir ortalığa bir nəfər insan atılıb, özünü Allah tərəfindən göndərilmiş peyğəmbər adlandırıb, çamaatı hər növ əslsiz və məntiqsiz dəlillərlə inandırıb ki, dünyanı yaradan bir Allahdır. Amma avam camaatın içindən hər əsrdə gözüaçıq əfrad baş qaldırıb və bu peyğəmbərlərin özlərini də qəbul etməyiblər və onları göndərən Allahın varlığına da inanmayıblar.

Amma bizi təəccübləndirən və heyran qoyan budur ki, bu min-min əsrlər və illər uzunu, bir dəfə də olsa, ittifaq düşməyibdir və bir kəs eşitməyibdir ki, Allah özü, hər nə ilə olmuş olsa, öz varlığını bildirsin; misal üçün, bu cür söyləyək: əgər doğrudan da, Allah varsa, bəs, məgər o, bu mürtədlərin nasəza sözlərini eşitmir?!

Və əgər eşidirsə, niyə bu Allahsızların birinin ağzını əymir? Əgər Allah varsa, niyə bu küfr sözlərini səhnəyə qoyan yazıçıların barmaqlarını qurutmur? Əgər Allah varsa, niyə “allah yoxdur” deyənlərin birini haman durduğu yerdə daşa döndərmir?

Onunçün də insan bu halı belə görəndə və min-min əsrlər uzunu Allahdan bir nam və nişan görməyəndə və eşitməyəndə, öz-özünə deyir: nəuzübillah, bəlkə də doğ-rudan heç Allah yoxdur?!

Doğrudan da, öz aramızdır, Allah varmı?

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 fevral 1928, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Danabaş kəndinin müəllimi

Komediya, 4 məclisdəƏhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində.

1 min
Birinci məclis

Danabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir.Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?

7 min
İkinci məclis

İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə.Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi.

10 min
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).

16 min

Poems by other poets · Satire