Bakı nefti
İskəndər ibn Yaquba cavab
Əzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi.
Doğrudur, yazdıqlarını zahirdə həzl və zarafat təriqilə yazırsan, amma batində bilirəm ki, sən bizə lağ eləyirsən.
Yazırsan ki, Ağdam qəzasında kənd əhalisi neft yoxluğundan piy çırağı yandırır.
Bu sözləri yaza-yaza sən öz aləmində elə xəyal eləyirsən ki, guya burada kənd əhalisinə tərəfdar çıxırsan və onların halına yanırsan. Hal o ki, işlər lap özgə cürdür. O şey ki, sən indi yazırsan, həqiqət aləmində o bir xəyanətdir ki, səndən baş verir.
Yazırsan ki, bir tərəfdə İngilis neft ticarəti sədri Ditir Dinq deyir ki, bütün yer üzünün məmləkətlərini gərək mənim neftim işıqlandıra. Neft Sendikatı sədri Lomov yoldaş da deyir ki, bütün yer üzünün məmləkətlərini gərək mənim Bakı neftim şölələndirə.
Bir tərəfdə də Ağdam kəndliləri neft qıtlığı səbəbindən piy çırağı yandırmağa möhtacdırlar.
Mən də sənin “Mozalan” rəfiqin sənə deyirəm ki, girəm bu sözlər səhihdir, ancaq ey mənim əzizim İskəndər ibn Yaqub, sən bu sözləri yazanda ikicə nöqtəni mülahizə buyurmamısan:
Birincisi budur ki, ingilis ticarətindən və bütün yer üzünün neft alverindən ki, söhbət açırsan, mən bilmirəm sən nə güman edirsən? Ancaq onu gərək unutmayasan ki, əgər bizim neft ticarəti idarəsi Bakının cəmi neftini daşıyıb Avropaya tökür və bu yanda Ağdam kəndlisi neft tapmırsa, buna gərək sən də fəxr edəsən, mən Mozalan da fəxr edəm və Ağdam kəndlisi də. Səbəb də budur ki, xarici ticarətimizin tərəqqi ya tənəzzülü sənə də aiddir, mən Mozalana da aiddir və habelə Ağdam kəndlisinə də daxildir.
İkinci nöqtə də budur ki, bunu sən də bilirsən, mən də bilirəm və Ağdam kəndliləri də bilir ki, neftin işığı gecələr çox-çox oxuyub-yazanların gözlərini xarab eləyən bir şeydir ki, buna şəkk eləmək lazım deyil. Onun üçün də mən hesab edirəm ki, Ağdam kəndlilərinin piy çırağı istemal eləməklərinə şad olmaq lazımdır, nəinki qəmgin olmaq.
Buna görə də ey mənim əzizim, qələmi əlinə alıb, həmən mərdümazar məqaləni “Bakı fəhləsi”nin birinci səhifəsində yazmaqdan qabaq lazım gələrdi ki, bu mətalibi bir qabaqca zaiqəyə tapşırasan, sonra yazasan.
Mozalan
“Molla Nəsrəddin”, fevral 1926-cı il, №6
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-baki-nefti
Use ← → keys to move, R for a random poem
More by this author
Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır.Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar).
İsti suya – soyuq suyaBu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
Özümdən böyük sözlərSöhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Poems by other poets · Satire
Ay Baba, bu evdə oturmaq nədir?Bizlərə zindan çətindir, çətin!
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.