Bir qətrə göz yaşı
Bir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.
Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.
Belə olan surətdə mömin Əli şiəsi qalır mat və məəttəl; çünki bilmir kimə inansın? Qabaqca istəyir axunda inana, sonra görür ki, təbliğatçı yoldaşın sözləri lap da dəyərlidir.
Doğrudan da, imama ağlamaqla axirətdə adama huri nədir ki, heç zəhrimar da verməzlər.
Amma bu tərəfə baxanda, yəni cavan natiqlərin isbatlı sözlərinə inananda, avam camaat baxıb görür ki, bir para cavanlar özləri də gahdan bir öz tutduqları yoldan çaşırlar; necə ki, məsələn, birisi adını yalandan firqəvi qoyub oruc tutur, hələ bəlkə məhərrəmlikdə ağköynək dəstələrinə xidmət də edir.
Söz yox, belə olanda – avam camaat çaşır və bilmir kimə təbiyyət etsin.
O səbəbdən biz, yəni axund Molla Nəsrəddin idarəsi tərəfindən, şəhərlərdə və kəndlərdə olan cəmi müxbirlərimizə xəbər veririk ki, hər bir cavan ki, adını yalandan firqəçi və komsomol qoyur və haman vaxtda da qurban və məhərrəmliyə etina edir və avam camaata qarışıb imam təziyəsi kimi oyun-oyuncaqlara rəğbət göstərir, – həmin ikiüzlü cavanların adlarını və mümkün olsa şəkillərini çəkib idarəmizə göndərsinlər ki, biz onların nameyi-əmalını hərdən bir ziyarət edək.
“Molla Nəsrəddin” idərəsi tərəfindən
“Molla Nəsrəddin”, 19 may 1927, №21
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bir-qetre-goz-yasi
Use ← → keys to move, R for a random poem
More by this author
Bəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.
Dindar firqəçi yoldaşlarŞura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?
Pillə-pilləNecə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.
FürsətBir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.
Poems by other poets · Satire
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəGözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!