Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.

Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi.

Bu müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirlərdi ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, "rus həkimləri" müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq hesab edib onları dəvət edərdilər; savayı kasıb-kusubdan. Bunlar iki abası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub, beş-altı şahı ilə həkimi də və dava-dərmanı da ötüşdürərdilər.

Demək, müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma "rus həkimi" gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.

Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır. Mən də uzaqda durub, həkimin xalama baxmağına tamaşa edirdim.

Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi:

"Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə … həkim deyirdi…."

Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona həkimin yanına və sürüb getdilər. Və Fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi:

"Ay uşaq, buzu yaddan çıxartmayın."

Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşafı yerə tullayıb, çökdü xalamın yanına və bu da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə əlbəttə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.

Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum gedəm düz baqqal çarsısına və buzu alam gətirəm. Və şəhərdə ordan da savayı bilmirdim harada buz satırlar.

Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:

"Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir."

Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun "hov, hov" səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlər ilə də çox bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli, mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də [məni] bir qədər qovalardılar, amma tuta bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə "hov, hov" edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə.

Bu da mənə nəhayət xoş gələrdi. Belə olanda Şirəli itin acığını dönüb istərdi məndən alsın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.

Çünki dəxi Şirəli qapıda görsənmədi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim.

Baqqal çarsısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.

Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddətli isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürmüşdüm, hərdən bir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.

Gəldim çatdım hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.

Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün də olmayıb ki, bu darvazanın qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri çıxanda mənim üçün burada məşğuliyyət olmasın, ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdən bir də onunla dalaşmayım.

Pəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə, mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.

Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi.

Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb getdi şaqqıltı ilə dəydi hacı Bayramın darvazasına. Burada köpək deyəsən acığa düşdü; çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan qaçdım, bir qədər uzaqlaşdım və çönüb göri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf hücum edir.

Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyin nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki, Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.

Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb, durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: "A sənin ananı … flan və flan", "Ay sənin bacının … flan və flan" "Köpək oğlu və it oğlu" söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyuş göndərdim ki, Şirəli qeyzindən ağladı və haman söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası hacı Bayram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:

"Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən?"

Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim genə qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm. Şirəli uzaqdan mənə haraylayırdı:

"Hə, beləcə it kimi qorxub qaçarsan ha!"

Allahü-əkbər…. Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaq ardına vurub özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma axı allah görür ki, Şirəli nahaq söz danışdı; çünki mən onun nəyindən qorxdum ki!.… İndi gedirəm evə.

Mən çöndüm dayandım və Şirəliyə belə söz qaytardım:

"Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?"

"Köpək oğlusan da, it oğlusan da!"

Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavıq gəldik, gəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq.

Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, bir qoca kişinin qucağındayam. Bir nəfər də çarşaflı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum. Kürəyimdən naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.

Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı; yumruğunu qalxızmışdı yenə yendirsin, qoyub qaçdım evə tərəf.

Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.

Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:

"A balam, sənin görüm ciyərin yansın! Necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın."

Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:

"Ay qız, Sara, sən həzrət Abbas, uşağa elə qarğış eləmə!"

Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım, nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacı uşağı xalasının ölümünə nə ağlar və nə dərd elər.

Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.

Nədi o? — Onun adı "buz"dur.

Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə salamat adamın da vaxt olur ki, ciyəri yanır.

Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.

Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil? Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.

Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.

Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın "ciyərinin yanmağı" yadıma düşür.

Nə qədər ki, uşaq idim, yadıma düşməzdi; elə ki, yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.

Мне было лет четырнадцать или чуть больше, когда захворала моя тетка. К ней пригласили врача Гаджи-Мирза-Сатта-ра. Я решил, что тетка больна не очень тяжело. И сделал я такой вывод вот почему.

В те времена, то есть лет сорок тому назад, в нашем городе практиковали два мусульманских врача: Гаджи-Мирза-Саттар и Мешади-Нурмамед. Слыли они мусульманскими врачами не потому, что были мусульманами. Их называли так потому, что медицинское образование они получили в мусульманских странах: Гаджи-Мирза-Саттар получил образование в Тебризе, а Мешади-Нурмамед изучил медицину, не выезжая из нашего города. Он прочитал пару-другую старых лечебников и набил руку на практике. Все врачевание их заключалось в том, что они щупали у больного пульс и назначали хину или слабительные пилюли, которые тут же извлекали из кармана.

Кроме них, в городе были еще два русских врача. Называли их русскими врачами потому, что они получили образование в России или в каком-то европейском городе.

Обыватели были убеждены, что в медицинских науках русские врачи сильнее, чем мусульманские, и лучше умеют распознавать и лечить болезни. И потому их обычно приглашали к тяжелобольным. Этой возможности, конечно, были лишены бедняки, которые не могли позволить себе роскошь платить сорок копеек за извозчика, рубль за визит врачу, да еще полтинник за лекарства в аптеке. И как бы тяжело не был болен неимущий человек, он обращался к Гаджи-Мирза-Саттару или Мешади-Нурмамеду, визит которых, считая и лекарства, обходился не дороже двадцати пяти, тридцати копеек.

Выходило так: если состоятельные люди приглашали к больному мусульманского врача, значит, болезнь не опасна. Если же вызывался русский, значит, больной в очень тяжелом состоянии.

Спустя полчаса после того, как Гаджи-Мирза-Саттар, осмотрев больную, ушел, к дому подъехал старый фаэтон, в котором сидели муж тетки Мешади-Зульфугар и какой-то русский в шляпе. Это был доктор. Тогда я сразу понял, что дела тетки плохи.

Стоя в сторонке, я наблюдал, как врач осматривал больную. Кончив свой осмотр, он что-то сказал дяде и пошел к поджидавшему его фаэтону. Дядя подозвал меня, и, дав копейку, сказал:

— Беги живо на базар, купи льда и принеси домой! Только не задерживайся, милый, лед нужен сейчас же... Беги, как можно быстрее!

Потом, что-то шепнув моей матери и взяв два пустых пузырька, сел в фаэтон напротив врача. Уже отъехав, он высунулся из фаэтона и крикнул нам:

— Смотрите, не забудьте насчет льда!..

Фаэтон скрылся, мать скинула чадру и напустилась на меня:

— Ну, чего ты стал? Сказано тебе, беги за льдом.

Оказалось, что русский врач велел положить больной на сердце лед и держать его до тех пор, пока она не почувствует облегчения.

Я отправился на базар.

— Эй, Муса! — крикнула вдогонку мать. — Ради аллаха, поторапливайся и нигде не задерживайся! Скорее принеси лед.

Говоря по совести, я не очень спешил, хотя и помнил, как тетка, взглянув на меня запавшими глазами, с трудом прошептала:

— Милый мой мальчик, сердце разорваться готово, принеси лед поскорее!

Я зашагал к базару.

Когда я проходил мимо ворот дома Гаджи-Байрама, во дворе залаяла собака. Вооружившись двумя увесистыми камнями, я благополучно миновал ворота. Собака не выскочила на улицу и продолжала лениво тявкать во дворе, не показывался и Ширали. Перестав обращать внимание на собачий лай и вспомнив молящие глаза тетки, я почувствовал к ней жалость и ускорил шаги.

Придя на базар, я протянул продавцу льда Кербалай-Фараджу свою копейку.

Тот вытащил из накрытой листьями и соломой ямы большой кусок грязного льда, взвесил его на руке и, разломив на два куска, бросил один обратно, в яму, а другой завернул в капустный лист и протянул мне.

Кусок был фунтов пять. Взяв его, я вышел из прохлады крытого бакалейного ряда на солнцепек. Был разгар лета. Стояла невыносимая жара. Если бы полуденное солнце чудом сорвалось с неба, оно упало бы как раз мне на голову. Я изнывал от зноя. С лица крупными каплями струился пет, лед в руке таял. Взяв чистый камень, я стал откалывать кусочки льда и глотать.

Когда я снова подошел к воротам дома Гаджи-Байрама, собака уже не лаяла. Ширали по-прежнему не было видно. У ворот я остановился, зачем — и сам не знаю. Улица была пуста. По-видимому, все спасались от страшной жары в тени.

Привычка — упорная вещь. Всегда случалось так, что у этих ворот мне попадался пес или я встречал Ширали. Я бросал в собаку камни, ругался, а то и дрался с Ширали. А на этот раз я не знал, как быть.

Недолго думая, я поднял два круглых камня и, отойдя на несколько шагов от ворот поближе к своему дому, чтоб успеть в случае чего удрать, кинул камень в ворота Гаджи-Байрама и отбежал. Собака залаяла и нехотя вылезла из ворот, продолжая лаять лениво, точно по обязанности.

Я запустил в собаку второй камень.

Он пролетел над ней и с треском ударился в ворота. Пес, видно, обозлившись, кинулся к камню, потом повернулся и побежал за мной. Я пустился наутек. Обернувшись, я увидел Ширали, который бежал за собакой.

Не подумайте, что я хоть чуточку боялся их. Ничуть не бывало!.. Я знал, что собака стара и беззуба, а что касается Ширали, я мог без труда с ним справиться.

Положив на землю уже порядком растаявший лед и набрав камней, я стал швырять их в Ширали^ который отвечал мне тем же. Собака бестолково бегала вокруг, бросаясь за камнями, которые кидал я, и не оказывала никакой помощи своему хозяину.

Швыряясь камнями, мы громко переругивались, вспоминая и мать, и сестру, и всю родню.

Наконец я выругал Ширали такими обидными словами, что он даже расплакался и вне себя от злости повторил ругательство. В это время в воротах показался его отец, Гаджи-Байрам, вероятно, услышавший ругань. Он подозвал Ширали, взял его за ухо, отвел домой, потом, вернувшись, крикнул мне:

— Ты чего, подлец, не идешь своей дорогой?

Ничего не отвечая, я присел на землю у стены. У меня так пересохло в горле, что я готов был схватить лед и сунуть его целиком в рот. А лед все продолжал таять Наконец я не выдержал: отколов от него большой кусок, начал жадно сосать его.

Остался кусок не больше яблока. Я хотел опять положить его на землю, но тут вспомнил больную тетку, вскочил, чтобы бежать домой и донести хотя бы остаток льда.

В это время из ворот вышел Ширали и стал смотреть на меня. Я отвернулся и зашагал домой. Но Ширали кинул мне вслед такое оскорбление, что я не стерпел и остановился, чтобы ответить ему. Он крикнул:

— Ага, струсил, собака!..

Велик аллах! Какие обидные слова! Я не отозвался бы ни на какое другое обидное слово и донес бы злополучный кусок льда моей бедной тетке: все же я несколько побаивался мужа тетки, немного боялся матери и в известной степени жалел тетку... Но как было мне поступить? Ведь слова Ширали были слишком оскорбительны! Он не должен был произносить их.

Я обернулся и крикнул:

— Ах ты сукин сын, не тебя ли я боюсь?

— Сам ты сукин сын и собачий сын!

Мы двинулись друг на друга. Я собирался снова положить лед на землю, но, разжав пальцы, обнаружил, что вместо льда у меня на ладони лишь несколько капель холодной воды. Стало быть, льда уже не было.

Я и Ширали сближались, обмениваясь самыми замысловатыми ругательствами. Сойдясь вплотную, мы схватились врукопашную.

Мы стали царапать и тузить друг друга и вошли в такой азарт, что не заметили, как вокруг нас собралась толпа. Я очутился в объятиях какого-то старика. Женщина в чадре и двое парней тащили Ширали к воротам.

Я силился вырваться из рук старика, чтобы снова вцепиться в противника, как вдруг сильный удар в спину заставил меня остановиться. Я оглянулся: то был мой дядя Мешади-Зульфугар. Он занес кулак, чтобы вторично опустить его на мою спину, но я увернулся и бросился бежать домой. Мешади-Зульфугар не стал меня догонять. Видимо, он отправился на базар, Позже я узнал, что он пошел за льдом.

Я не смел со стыда показаться на глаза тетке. Мать напустилась на меня, крича еще издали:

— Чтоб тебе сожгло нутро, как жжет у бедной больной! Тетка очень любила меня, и, оказывается, даже упрекнула мать за эти резкие слова:

— Шахрабану, заклинаю тебя Хазрат-Аббасом, не проклинай мальчика, жалко его!

Через несколько дней тетка скончалась. Как и все племянники, у которых умирают тетки, в тот день я не очень плакал и не слишком горевал.

Но об одном я не мог забыть и, вероятно, никогда не забуду... про лед.

В знойное лето, когда при нашем климате жажда мучает не только больных, но и самых здоровых людей, я всегда вспоминаю про лед.

Когда в томительную жару вижу, как везут на повозках: прозрачные, холодные глыбы льда, мне вспоминается моя бедная тетка, и я говорю про себя:

«Каким счастливцам достанется этот лед? Мороженое, холодный лимонад, замороженное шампанское, — кто-то будет ими наслаждаться? А моя бедная тетка за два дня до смерти, изнемогая от сжигающей ее лихорадки, не могла дождаться даже маленького кусочка льда, чтобы облегчить страдания. А по чьей вине? Увы, по моей! Или, может быть, виноват не я, а кто-то другой? Но кто он, этот другой?»

Я не ищу ответа на эти вопросы и не выдвигаю никаких проблем детского воспитания...

Этих целей я не преследую.

Но в жаркие летние дни, видя нагруженные льдом повозки, я думаю о тех счастливых людях, жажду которых щедро утолит этот лед.

И вспоминаю то далекое время, когда я, четырнадцатилетний драчун, оставил безо льда умирающую тетку.

Пока я был мал и не понимал всего этого.

А теперь эта история со льдом стала для меня самым горестным воспоминанием.

1926

OriginalWikisource (opens in a new tab)CC BY-SA 4.0

TranslatorПереводчик не указан, 1989azeribooks.narod.ru (opens in a new tab)

NoteПереводчик на странице не указан (по открытым источникам имя не установлено), по изданию: Азернешр, 1989. Текст с сайта azeribooks.narod.ru (https://azeribooks.narod.ru/xix_vek/mamedguluzade/led.htm), набран с печатного издания и не вычитан.

Suggest a translation

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Həmidə! (7 iyun 1923)

Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir?Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.

1 min
Əzizim Həmidə! (26 iyun 1923)

Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam.Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər.

2 min
Əzizim Həmidə! (14 iyul 1923)

Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.

1 min
Əzizim Həmidə! (30 iyul 1923)

Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

1 min

Poems by other poets