Tema şəkildən ötrü: Təbrizdə məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: “satdıq qızılın var?”

Təbrizdə “Ölülər”də, lojada bir İran sahibmənsəbi oyun vaxtı süfrəni açıb küftə yeyirdi.

Mümkündür Təbrizdə arvadları salalar bir çuvala, ağzını kəfən kimi bağlayalar ki, kişi görə bilməsin.

İsmətil-şərifə,
Əmiril-haciyə,
Bədril-şəriə,
Tacüs-səltənə – Nəsrəddin şahın qızı.

Təbrizdə şəkildən ötrü tema: Teatr qaranlıq, səhnədə yapışıblar recissorun yaxasından, dartırlar: bir yandan səhnəçi, bir yandan paltarçı, qrimçi; artistlər də bir artistin başına cəm olub, əllərini cibinə soxub deyirlər: çıxart bazarda xəlvət satdığın biletin pulunu bölək.

Ziyarətə gedən dövlətlilərdən ki, qabağını seyidlər kəsib tapança gücü ilə pul alırlar, haqlıdırlar; zira ki, fəqir-füqəranı burada ac qoyub pulları ziyarət müsafirətinə xərc etmək rəva deyil.

Gedənlərdən çoxları aclıq ilində min-min tümən qazananlardır. Mirzə Cavad ağa, Hacı Mirzə Cavadın nəvəsi, Malik, çox dövlətli, doqquz nəfər erməni müştərisi ki, araq çəkir və neçə dəllaləsi...

Hacı Məhəmməd Cəfər İsfahani, Xiyaban qapısında, xəsis bir dövlətmənd.

Hacı Mirzə Ağa Fərşfüruş Leylabadlı, yaşlı bir adam, amma bir qəpik mənfəəti millətə görünməyib, 120 mindən artıq mirası var idi, bolşeviklərdən qorxdu, qaçdı Kərbəlaya.

Vaiz Təbrizdə Mirzə Ələkbər Əzizzadə, ziddi-maarif.

Orucluqda Hacıxan Sərraf Niyar-miyar bazar küçəsində bir piti dükanında mühacirin xörək yeməyin görüb dükançı ilə dalaşıb, polis kəndxudası da tərəfkeşlik çıxıb.

Əhərdə diş həkimi müftə çalışır.

Məşrutədən qabaq vilayəti bir nəfər adam idarə edib beş yüz tümən alırdı camaatdan; amma indi əlli adam idarə edir, 24 min tümən alır.

Ağa Mirəli–fanatik, Əhərdə.

Əhərdə zilhiccənin 14–15-də məktəblər tətil elədilər, Kərbəla müctəhidinin vəfatı münasibətilə.

Əhərdə mədrəsə, məccani. Azı ildə min tümənə kimi camaatdan alınır, Təbrizə gedir; amma Əhərin öz mədrəsəsinin müəllimləri məvacibsiz qalıblar.

Şuşada qarət edən ağalar. Əsgərlər qan tökür, ağalar qarət edir. Baş məqalə – xəzinə dənizdi, yeməyən donuzdu.

Qalada Ştulun qonaqlığında 26 min manat şabaş veriləndə məgər bizim millət başçıları orada deyildilər və əsgərləri görmürdülər?

Şəkil – İngilis və Fransa xəlifəni hərə öz tərəfinə çəkir.

Kommunistin evində bayram günü stol döşənib, kommunist dostuna deyir:

– Bunu arvad döşəyib.

Paltaratskidə İran nümayəndəsi İqtidaril-mülkün dəvətilə Ağa Seyid Hüseynin Məkkəyə getməyinə xərclik yığıblar.

Moskvada on nəfər tələbə küçədə paltarlarını satırlar (üç aydır Qafqazdan maaş gəlmir). Petroqradda habelə (tələbə məktubundan). İtən dananın izini axtarırlar. Qiyamədinli kəndində, Qarabağda müsəllaya çıxıb yağış istəyəndən sonra oğruların izini axtarırlar.

Həzrət Abbasın şəkli. Seyidlər Bərdə kəndində. İki seyid pərdə tutub dəstəmaz aldırıb şəkli göstərirmiş.

Qadınlar barəsində deyirlər:

Ağdam ağ olsun,
Çervon kəsən sağ olsun,
25 manat dopluq, əlli manat lakirovannı tufli,
Bunu alan sağ olsun.

Kürdüstan qəzasında Nurəddin kəndində kənd ispalkomu Səlim. Piçans mahalında Ələkbər şəbehi.

Ağdam – Qala arvad klubunda papiros çəkənlər (tüstü bürüyür). Şəkil – hökumət yemiş arabaçısı.

Ədə, bu nə təhər araba sürməkdir? Şossa yolunu xarab eləyirsən, arabanı qaytar.

Arabaçı yemiş verir.

– Yol qayırmaqdan təngə-zarə gəldik (arabanı geriyə qaytarır). Yemiş rüşvət alır.

Lahıc ispalkomu:

– Mən sizin üçün Şümr gəlmişəm.

Şəkil – İntelligentlər meyit namazında.

Bərdə – Cəfəriyyə çaxır şirkətinin anbarı. Padvallar dolu çaxırla. Məsul işçilər gündə prob edirlər. Rezinlə içirlər.

Şəkil – Telefon ilə eşqbazlıq.

Şəkil – Uşaqların mənfəətinə olan çayxanaların qulluqçu və müdirləri.

Şəkil – Çadrovi küçədə Mahmənzər xanım, on səkkiz arvadın qabağında: – Mən olmasaydım yas evini tanımayacaqdınız (yasdan-yasa).

Şəkil – hökumət məmuru soruşur:

Neçə baş malın var?

Bu da cavab verir:

– Bir atım, iki dəvəm, üç qoyunum, üç əyalım (üçarvadım).

Birja trudda:

– Nə iş bacarırsan?

– Artist olaram, əlli il şəbeh olmuşam.

Xəmisli Hacı Molla Ağa Gəncə qəzasının 9-cu nahiyəsində bir kəndlidən bir misqal davaya bir xalvar taxıl alır.

“Revolyusiya və kultura”, Bakı, 1939, № 1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əyyami-mah

Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?

3 min
Küpə

Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.

3 min
Ahənrüba

Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:

2 min
Evi yıxıldı

Naxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.

1 min

Poems by other poets