Dağarcıq
Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.
Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.
Həmçinin arvad.
Gördün ki, sözünə baxmır, ata-anasını söysən kifayət edər. Yoxsa baxıb gördün ki, nəinki sözünə baxmır, hələ bəlkə üzünə də durur, – o vaxt götür “səndal” ağacını və başından bir-iki dəfə bərk vur; amma elə vur ki, ağac gözünə dəyməsin; çünki birdən vurub kor elərsən, onda da bir özgə arvad almaq xərcinə düşərsən.
Amma elə ki, arvad başladı cızıqdan çıxmağa, məsələn, sən gecələr, meyxanalardan və lotuxanalardan evinə gec gələndə, başladı övqatını təlx eləməyə, yainki gördün ki, beş-on arvad almağına narazılıq göstərib gedib ata-anasına şikayət elədi, – o vədə arvadını tut qat dağarcığa və o qədər vur ki, canı çıxsın!
İndi, ey mənim əzizim, dəxi çox da elmdən, məktəbdən dəm vurma: tutaq ki, qızını qoydun məktəbə, dərs oxudu və elmli oldu. Vallah, billah bircə tikə mənfəəti yoxdur: dağarcığa qatılandan sonra dəxi nə yazı yazmaq lazım olar, nə bir özgə şey mənfəət gətirər!
Bu mətləbi biz müsəlmanların içində heç kəs hələ lazımınca düşünməyib, savayı Bakıda məkatib komissiyası sədri cənab Makedonskidən və haman komissiyanın doqquz nəfər müsəlman üzvlərindən.
Məlumdur ki, Bakının bir neçə boşboğaz müsəlmanları bir vaxt çalışırdılar ki, şəhər tərəfindən bir dənə qız məktəbi açılsın. Bu xəbəri eşidib biz vaqeən çox pərişan olduq və Dəmdəməkiyə yazdıq ki, bizə əhvalatı bildirsin görək bu nə axmaq sözdür danışılır. Dəmdəməki gedib işin həqiqətini Makedonski cənablarından və həmçinin müsəlman üzvlərindən soruşmuşdu. Müxbirimizə Makedonski xanın sözü bu olub ki, “mən çox səy edirəm ki, qız məktəbi açılsın, amma komissiyanın müsəlman üzvləri mənə deyiblər ki, hələ orucluqdur, bir az dayan”. Üzvlərdən də bir nəfər doktor, Dəmdəməkiyə cavab verib ki, “qardaşım, Dəmdəməki, yaz Molla Nəsrəddinə ki, ürəyini sıxmasın, mən qızlarımızın oxumağına razı deyiləm; o səbəbə ki, hamısı birdir, dağarcığa qatılandan sonra elmin faydası ola bilməz”.
Bəli, sözümüz oradadır ki, pişiklə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssalam.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 oktyabr 1909, №42
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dagarciq
Use ← → keys to move, R for a random poem
More by this author
Cənab Bekkerin səyahətnaməsiOtuz doqquzuncu nömrədən ad verdiyimiz ingilis səyyahı cənab Bekker yanvarın 3-də gəlib Şamaxıya və oradan əvvəlinci dəfə idarəmizə belə məktub göndərib:
“Nəşri-maarif” cəmiyyətiNahaq yerə “Kaspi” qəzeti “Nəşri-maarif” cəmiyyətindən giley edir ki, guya cəmiyyət heç bir iş görməyib.Biz buna təəccüb edirik ki, bir yandan “Kaspi” gilay edir, bir yandan da Dəmdəməki müxbirimiz “Nəşri-maarif” cəmiyyəti barəsində idarəmizə hədsiz tərif və təhsinlər yazıb göndərir.
YuxuPuf, kuf, fuf… A kişi, bilmirəm bu hövlnak yuxular nədir ki, mən görürəm… (tuf, tuf, tuf, Sərdar Mənsurə…). A kişi yatmışdım, neyləmişdim, onda gördüm bir haf-huf anqırtısı gəlir, hərdəm deyir mmm məgə məgə məgər məra nəmişünasi? Yerimdən qalxıb can basdım anqırtı gələn səmtə. Yetişdim gördüm gülüm nanay, nay nanay, sərdar nanay day dalay… Qərəz, hə onda gördüm ki, cəhənnəmimizin qapısında bir nəfər sərdari-şərarətmədar, şəqavətasar, səlabət və şücaətdə misli-himar saxlayıblar. Hərdəm buna deyirlər: gir yuvana heyvan… Sərkarın qeyzi tutub elə bilir ki, bunlar Pəştin kələklərindəndir, birdən o sərdari-murdar, rəisi-tüccar, sərkərdeyi-küffar, kilabi-üqar kimi bir silkinib haffıldadı: “Pəsəra, məgər məra nəmişünasi?”. Dedilər: məgər sən kimsən? Dedi ki, mən…Mən küllikar Mirzə Fətulla xanam ki, əvvəl səglər səgi-Rəşt budəm və həmin mənsəbra bəd əz-salha şəbizindədari… və raşnə mali… və rəxtxabəndazi çinin bədəst avürdə budəm nə beasani… Bəs ki, dəndanhayəmra əz-zərb la-yəzrəb didəm (uj) zərbi-fişar dadəm bəçeşmhayəm sürxi amədə … Ta səglər səgi şüdəm salha dəst zənani-bisahibra-giriftə bəxaneyiin və an əz-əyan bürdəm (cəhəti-kəfalətha, nə xəyali-digər…) şüdəm əbili-tunban (yəni əmiri-tuman) dər həmin mənsəb həm qərnha çəndən ətfali-sadə dər dəsti-badəra bəxəlvətxanəhayi-ağlayan bürdəm (bər bəstha ki, xaricə nəbinəd, nə bekari-digər). Ta şüdəm salar əbkəm (salar əfxəm). Vəli in mənsəbra ki, hala darəm kafdari-məkfur (sərdarimənsur) əz bərəkəti-batini-abi-şur ki, mahiyan cürbəcür başəd əzdövləti dühəzari-hayi-şəmşirdar müsyö Lyazanov ta inra güft fəryad kərd “Lyazanov, Lyazanov”. Onda gördüm cəllad ərzəq çeşmi-diraz dəndan, bəli, bəli, Sərdar qayıtdı: Lyazanov, o şəxslər ki, füqəradırlar, öz yeməklərinə balıq tuturlar, məbada-məbada balığın birin onlara altı şahıdan artıq hesab edəsən ha! Gədə, bu axmaq uşağına hürriyyət verildi, birdən xudanəkərdə hürriyyətin annarlar, onda sənin hənavı mənim saqqalıma, mənimkin sənin rüşvətüvi yeyənin bığlarına yaxarlar. Ondan sonra qayıtdı ki, xub ağayi inkir-minkir bərdarid inhara məravil künid. Axır on rədərsuxtə şərüfil şərüfil-üləma himariz-zakirin həzaran dəfə vəqti-iftar bədəhəni-ruzə dər məhzər divist nəfər ağayani-Rəşt ki, ümumən dər həmin cayənd əgər bavər nədarid dərra kəşudə və pürsid beqül-hüvəllah bərənchayi-sədri püxtə hazir iftar qismha xurdəənd ki, sərdar şüma dər əla dərəceyi-illiyyin ba-hurüleyn xahid şüd. Didəm əz əndəruni-cəhənnəm sədaha miayəd ki, sərdar, sərdar befərma befərma, dər-incayəm, nə tənha beşümə həmə on qismhara xurdeyim: hə, maliklər dedilər ki, bu pulları bizə niyə verirsən? Əgər verirsən, sənə biz də mənsəb verək. Biz bularsız da veririk: Fironül-mülk ya Şəddadül-əyalə ya Dəyyusülməmalik… ya əgər verirsən ki, səni xilas edək, olmaz, gir oda, gir, gədə, gir, gir! Heyvan, gir, gir, gir”. Elə onu anqırtıynan atanda onun səsinə oyandım. Odur ki, Sırtıq ola-ola adım Dəli oldu.Dəli*
HəmşəriBakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”.Bu kağıza otuz həmşəri qol çəkib.
Poems by other poets · Satire
Oruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.