Yanvarın 30-da Tiflisdə müsəlman dilində teatr məclisi təşkil olmuş. Həmən məclisdə mərhum Mirzə Fətəlinin “Mərdi-xəsis Hacı Qara” adlı təmsili oynanıldı.

Müsəlman qardaşlarımız mədəniyyətə ələl-ümum və əsrimizə müvafiq mətləblərə rağib deyillər. Habelə teatr məclislərinin də qədrini bilməyib, bu növ işlərə məhəl qoymurlar. Hələ indiyə kimi müsəlmanların cümləsi teatr məclisini “oyunbaz məclisi, hoqqabaz yığıncağı” hesab edib, bu tövr yerlərə getməyi şənlərinə şikəst bilirlər.

Çox səhv edirlər o şəxslər, hansılar ki, teatr məclisini oyun-oyuncaq məclisi mənziləsində tuturlar, çünki teatr məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki gülməyi. Əgər Tiflisdə qonşu millətlərimizin banizam və cəlallı teatr dəsgahlarını müsəlmanlarımız öz gözləri ilə görməmiş olsaydılar, biz bu barədə dəxi də çox danışardıq. Güman edirik ki, bu dediyimiz kifayət verə.

Dəxi təəccüb eləmirik ki, “Hacı Qara” məclisinə az müsəlman cəm olmuşdu.

C. m.

“Şərqi-Rus” qəzeti, 4 fevral 1904, №13

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Nəsrəddinin teleqramları

Dövlət dumasına baykot (kənar olmaq)Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar.

1 min
Tiflis xəbərləri

Aprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi

1 min
Çerivanski ilə yoldaşının söhbəti

– Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.

2 min
Bizim “obrazovannı”lar

Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:– Hardan gəlirsən?

1 min

Poems by other poets