Molla Nəsrəddinin teleqramları
Dövlət dumasına baykot (kənar olmaq)
Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar.
Tiflis – aprel 4. Ermənilərin “Daşnaksütyun” firqəsi Rusiya idarəsinin hazırdakı övzaından narazı olub və rus padşahının fevralın iyirmisində sadir olan manifestini nəzərə alıb dövlət dumasını baykot etmələrini qəzetlərdə elan etdilər.
Petrovsk – aprel 3. Buranın müsəlmanları dövlət dumasını “baykot” edirlər və küçələrdə seçki siyahılarına baxıb və heç bir müsəlman adı görməyib öz-özlərinə deyirlər: “Ədə, bu xarici millətlər gör nə zalımdırlar: bunlar haradan biliblər ki, Petrovskdə heç bir müsəlman yoxdur?”.
Quba – mart 27. Quba mahalında bir neçə müsəlman hökumətin idarəsindən və ələlxüsus hürriyyətin yoxluğundan gileyli olub tüfəngi götürüb çıxıblar poçt yoluna və yolu kəsib hökumətin acığını yol ilə keçən aciz, avara yəhudi və müsəlmanlardan çıxardırlar və hər bir rast gələnə deyirlər: “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib”.
Tiflis – aprel 2. Müsəlmanlar dövlət dumasını “baykot” edib polyaklar kimi intixaba yavuq düşmürlər və seçki siyahılarını divarlardan cırıb deyirlər: bu axmaqlar xalqın divarlarını nə səbəbə murdar yapışqan ilə murdarlayırlar?
İrəvan – aprel 8. Danabaş, İtqapan və Qurbağalı mahalının müsəlmanları fevralın iyirmisində elan olunan manifesti xoşlamayıb dövlət dumasına qarışmaq istəmirlər.
Gəncə – aprel 2. Bir dəstə qaçaq dövlət dumasını “baykot” edib, gedib bir meşədə gizləniblər. Orada pristav Məhəmmədbəyov ilə dəxi bir neçə özgə qulluqçuları öldürüb, yaralayıb, dumanın acığını bunlardan çıxardıblar. Söyləyirlər ki, həmin qaçaqlar sosialist və hürriyyət tərəfdarıdırlar.
Ordubad – aprel 3. Burada bir müsəlman vaqiə görüb. Bu vaqiəni bir müsəlman belə təbir edir ki, müsəlmanların məsləhəti dövlət dumasını “baykot” etməkdir. Məhz budur səbəb ki, çox yerdə müsəlmanlar intixab siyahılarını divarlarda görəndə bir-birinə deyirlər. “Ədə, buy!.. Bu kağızları niyə bura yapışdırıblar?”.
“Molla Nəsrəddin”, 14 aprel 1906, №2
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-molla-nesreddinin-teleqramlari
Use ← → keys to move, R for a random poem
More by this author
Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Təzə xəbərTükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Poems by other poets · Satire
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Hitler deyir:Axtarasan bu dünyanı hər tərəf,Olmaz özümtək hələ bir bişərəf.
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,