Eşq mədrəsəsi, məhəbbət ibrətxanası, naz və qəmzə darülfünunu, qucaqlaşma evi.


İnsafən bu əlli ilin müddətində teatrımız çox-çox tərəqqi tapdı. O qədər qabağa gəldi ki, indi Mirzə Fətəli birdən dirilə və gələ əyləşə tamaşa otağında. Pərdə qalxandan sonra səhnəmizə tamaşa edə. Yəqin ki, tanımayacaq ki, aya bura haradır, teatrdır ya lotuxanadır.

Çünki görəcək ki, bir qapıdan səhnəyə bir ənlik-kirşanlı oğlan çıxdı, bir qapıdan da ənlik-kirşanlı qız çıxdı. Bunlar biri-birinə “Oxqay, qadanı alım” deyə-deyə başladılar biri-biri ilə qucaqlaşıb, öpüşməyə. Tamaşa otağında da əyləşən oğlanlar və qızlar da əllərini biri-birinə çala-çala batində deyirlər:

Oxqay-oxqay...

Hələ yadıma düşmür ki, indi bizim əlli illik səhnəmizdə bir gün və bir dəfə elə bir tamaşaya rast gələsən ki, orada eşqbazlıq və qucaqlaşmaq hərəkətləri əvəzinə, barı bir dəfə də ayıb mərəzlərimizə gülmək nümayişləri göstərilə.

Hal o ki, nə Mirzə Fətəli bizə bu eşqbazlıq mədrəsəsini göstərib, nə qeyri-millətlərin teatr yazıçıları göstərib.

Məgər Mulyer belə deyirmiş? Məgər Qoqol kimi bir qələm ustadının varlığı bizə kifayət deyil ki, hərdən bir biçarə avam camaatı da bari hərdən bir də olmuş olsa, öz üstünə güldürüb, eybini özünə nişan verək?

Haradan biz bu yolu tutmuşuq və kimdən öyrənmişik? Səbəb nə olub ki, indi teatromuzun əlli illiyində biz səhnələrimizdə “Kimyagər” əsərləri əvəzinə növ-növ mütrübbazlıqlar görürük, “Məstəli şah” kimi bir ibrətli və xeyli məzəli nümayiş əvəzinə şantajlar görürük və hədsizhesabsız qiymətli əsərləri bari tərcümə edib, millətimizə hərdən bir göstərmək əvəzinə hər gün və hər gecə teatrlarımızı zurna-balaban ilə toy-qaval məclisinə oxşadıb, zifaf gecələrini eyni-surətdə cavanlarımızın gözünün qabağına gətiririk ki, fürsəti qənimət bilsinlər və bu fəna dünyanın bağiliğinə də çox ümidvar olmasınlar və o məhəbbət şərbətindən dadmağı tərbiyə və təhsildən sonraya qoymasınlar.

Əgər birisi kənardan eşidə ki, Şura hökuməti həmin nümayişlərə qüvvət vermək qəsdi ilə çox-çox pullar buraxır, həmin kəs yəqin edəcək ki, Şura hökumətinin burada özgə məqsədi ola bilməz, savay teatr vasitəsilə Şərqin fanatizmi kimi bir qüvvətli düşmən ilə mübarizəyə çıxmaq.

Bəs, hanı?...

Quba meydanında mömin məşədilərimiz öz əlləri ilə bir lotu seyidə pul verib, öz üzlərinə tüpürdürlər.

Teatrlarımız nə deyir?

Məhərrəmlik günləri müsəlman küçələrində Afrikanın vəhşiləri tək mərəkəsi asimana bülənd olur.

Teatrlarımız nə deyir?

Evlərimizdə qızlarımızın halı, arvadlarımızın halı, küçələrdə keçəl kiçik oğlanlarımızın halı.

Teatrımız nə deyir?

Min-min belə-belə dərdlərimizin varlığı ilə hər gün ki, gəlirsən teatrda bir saat dincələsən, görürsən bir ənlik-kirşanlı qız belə bir oğlan ilə qucaqlaşmaqdadırlar.

Xob, deyirsən görüm bunlar kimdirlər və nə danışırlar?

Oğlanlar: Öz artistlərimizdir və öz dilimizi danışırlar. Amma qızlar ağızlarını açıb danışanda, onda bilirsən ki, bunlar çoxusu heç bizim millətin qızları deyil. Onda duyursan ki, burada bir saxtakarlıq var. Onda bilirsən ki, bu qızların çoxunun bu səhnəyə çıxmaqları ondan ötrü deyilmiş ki, məişətimizin eybini göstərsinlər və tamaşaçıya bir “İllüziya” versinlər. Bunların fəziləti ancaq budur ki, ancaq səhnəmizə gəlibçıxan bunlardır. Dəxi bundan başqası yoxdur. Bəs, bu imiş bizim əlli illik teatrımızın yadigarı?...

Dəxi özgə bir şeyə ehtiyacımız yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 7 aprel 1923, №19, səh. 2-3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Məmmədəli!

Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.

1 min
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə

1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.

1 min
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar Şurasına

Fevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri

1 min
İrəvan müxbirimizdən

Dəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.

3 min

Poems by other poets · Satire