Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)
Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.
Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Mənim istəkli oğlum Ənvər necədir? Onun hər şeyi varmı? Çatmayan şeyi olsa, Bakıya gələn kimi alaram. Pakizə necədir? Ananın kefi nə təhərdir? (Əgər oradadırsa). Əgər o gəlməyibsə, nə üçün gəlməyib? Axı, o gərək müalicə elətdirsin. Ümidvaram ki, siz dərsinizi vaxtlı-vaxtında, səylə oxuyursunuz. Ev üçün çox darıxmışam və ona görə də gəlməyə tələsirəm. Siz hələlik öz dərsinizi oxuyun. Hər halda anandan nigaranam, xüsusilə ona görə ki, bilmirəm haradadır. Hələlik xudahafiz. İstəkli balalarımı qucaqlayır və bərk-bərk öpürəm.
Atan Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-eziz-oglum-midhet-ufa-1-oktyabr-1924
Use ← → keys to move, R for a random poem
More by this author
Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.
TəmizləməkBizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.
Kəc qabırğaNorveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.
Bismilla xiragima nirragimDünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:
Poems by other poets
Kimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Qəsidə: Ey cahan dövlətinə səy qılan talibi-malEy cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal