Əzizim Həmidə! (12 avqust 1923)
Bakı
Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.
Sənə “Bakinski raboçi” qəzeti və bizim jurnalımız göndərilir. Alırsan, ya yox? Bakıda hava bir müddət isti keçdi, amma indi sərinləyib. Bahadır (Rəhim bəyin oğlu) gəlmişdi. Ağdamda Müzəffəri və Əli bəyi görübmüş.
Yazırsan ki, orada sənin üçün çətin keçir. Mən bunu qabaqcadan görür və Qarabağa getməyi məsləhət bilmirdim. Sənə yenə də məsləhət görürəm ki, avqustun axırında uşaqlarla birlikdə gəlib Bakıda yaşayasan. Cəlalı və qardaşını nahaq yerə yayın günündə həbsdə saxlayırlar. Onların nədə taxsırlandığı hələ indiyədək heç kəsə deyilməyib. Axı onlar bütün həyatları boyu rəncbərlikdən başqa bir şeylə məşğul olmamışlar.
Ənvər üçün toyuq hini düzəltmişəm. Üç toyuq, bir xoruzumuz var. Hin qıfılla bağlanır. Hər gün toyuqlara dən verirəm. Midhət üçün velosiped alacağam.
Hamıya salam.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ezizim-hemide-12-avqust-1923
Use ← → keys to move, R for a random poem
More by this author
Ticarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz.Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır.
Göz ağrısıBizim Azərbaycanda Su təsərrüfatı işçiləri necə ki, lazımdı qabağa getmir. Bir tərəfdən kəhrizlərin çoxusu təmir olunmur. O biri tərəfdən də sudartan maşınların habelə çoxusu yenə təmir olunmayıb, durur.Mən hərdənbir öz-özümə deyirəm ki, görəsən, səbəb nədir ki, Azərbaycanda suvarma işləri həmişə axsıyır.
VI şuralar qurultayıAltıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir.Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar.
İşçi teatrıAxır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər.Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar.
Poems by other poets
Kim ovçu niyyətiylə gəzərdi bu dağlarıSinəsində can alan maralı olmasaydı?
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,