Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...

Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.

Əgər bundan sonra çalışsan və o fikirdə olsan ki, jurnala da qeyrətlə xidmət edəsən, özünə də az-çox zəhmət haqqı ələ gətirəsən, o vədə söz verirəm ki, səndən savayı dəxi bir kəsə göndərməyəm.

Uşaqlardan mənə, əlbəttə, məlumat göndər və sən müəllimlikdən niyə çıxdın, onu da yaz.

Mənim xalisanə salamımı bacıma yetir və mənə görə sözü olsa, sən sədaqət ilə yaz görüm səndən gileyli deyil ki?

Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şütüri-zəman

Bu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir?“Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır.

1 min
Qaranlıqda

“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”

2 min
Şərq qadını

“Şərq qadını” məcmuəsi çıxmağı münasibətiləBaşıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..

2 min
Kimdən ötəri

Bu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.

1 min

Poems by other poets