Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.

Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

Srağa gün Həştərxanda Şəhər dumasının zalında mühazirə oxudum.

Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəbərdarlıq

Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür.Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar.

2 min
Din əleyhinə təbliğat

Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.

1 min
Pasport “get-gəli”

İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.

1 min
Ölüm axtaran

Qoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.

2 min

Poems by other poets