Qaranlıqda
“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.
Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”
Şəki qəzeti həmin neft məsələsini axırıncı səhifədə yazmağının səbəbi budur ki, Azərbaycan kəndlilərinin qaranlıqda qalmağından da vacib qeyri məsələlər var ki, o məsələləri qəzet sahibi qəzetin qabaqkı üç səhifəsində yazıbdır.
Bununla belə Molla Nəsrəddin öz tərəfindən qəzetə salam göndərir və bu neft məsələsini çap etməyi babətindən artıq razılıq edir. Yenə sağ olsun ki, yazıbdır.
İndi gələk kəndlilərin qaranlıqda qalmalarına bais olanlara. Bunlar iki nəfər tacir cənablarıdır ki, hər ikisi Yevlaxda əyləşib özlərinə çoxlu pullar qazanmaqdadırlar. Birinin adı Kərəm Hacıyev (Allah, kərəminə şükür), birinin adı deyəsən Hüseynov (səni də imam Hüseynə tapşırıram). Bunların qabaqkısı Qarabağ kəndlilərini qaranlıqda saxlamağa podrata götürüb. O birisi də Şəki mahalının kəndlilərini qaranlıqda saxlamağı icarə edib. Bu iki nəfər tacir cənabları Bakıda hansı idarə ilə bu şərti kəsiblər ki, Bakıdan Yevlağa bunlardan savayı bir nəfər adam da neft gətirsə, onu hökumət milisləri tutub yıxsınlar yerə, yumşaq yerlərinə o qədər vursunlar ki, qırmızı olsun.
Müxtəsər, monopoliya məsələsi.
Bəli, görürsən ki, iki həftənin ərzində Ağdama yainki Nuxaya neft gəlmədi. Həriflər Yevlaxdan səs buraxırlar ki, Bakıda neft talvarlarına od düşüb, neft yanıb qurtarıb. Görürsən neft qalxıb qızıl qiymətinə. Ədə, yerit nefti, durma, fürsət vaxtıdır!.. Bir kirvənkə neft – iki pud buğdaya, üç pud arpaya.
Dəxi oxuculara nə lazım artıq dərd-sər vermək?!
“Şəki fəhləsi” bu məsələni dördüncü səhifədə yazır; ondan ötrü ki, qəzetin bu məsələdən vacib özgə məsələləri qabaq səhifədə yazılıb.
Amma Molla Nəsrəddin həmin qaranlıq məsələsini qabaq səhifəsində yazır; ondan ötrü [ki, ] bu məsələdən vacib mollanın özgə məsələsi yoxdur. O səbəbə ki, Molla Nəsrəddin kəndçilərin köhnə dostudur.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 noyabr 1923, №38
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qaranliqda
Use ← → keys to move, R for a random poem
More by this author
Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm.Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər.
TədarükMüsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir:– Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə!
Nüma“Molla Nəsrəddin”in lüğətindən*Nüma, yəni nə ola?
TəməllüqKəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.
Poems by other poets · Satire
Mən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Deyirlər, çıxdı bir gün Tura MusaDeyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,