Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül-mətin” qəzetinin səhifələrində xeyli bədbinmülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü fransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar.

“Həblül-mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır!

Biz inanmırıq dünyada elə bir adam tapılsın ki, XIX əsrin axırlarında və son illərdə baş vermiş hadisələri heç olmazsa azacıq yadda saxlaya-saxlaya (qoy o lap meşədə yaşayan adam olsun) Qərbdən gələn sülhpərvər bəyanatlara etimadla yanaşsın. Məqalədə deyilir ki, axı cəmisi altı il bundan qabaq bütün rus qəzetləri “Novoye vremya” ilə birlikdə ağız-ağıza verib, öz sülhpərvərliyi haqqında bağırırdılar. Bəs sonra nə oldu? İndi həmin o qəzetlər deyirlər ki, yer üzündə bircə rus saldatı qalıncaya qədər müharibəni davam etdirmək lazımdır. Bəs o sülhpərvərlik necə oldu?..

Lakin mədəni Avropadakı mövcud içtimai və siyasi həyat şəraitində sülh mümkün olan şeydirmi? Məqalə müəllifi bu suala mənfi cavab verərək, öz fikrini belə izah edir: vəziyyəti diqqətlə nəzərdən keçirdikdə biz hər tərəfdə tərəqqiyə doğru qızğın bir hərəkət müşahidə edirik. Milli şüurdakı oyanıqlıq, hissiyyat və tələbat incəliyi ən uca bir mərtəbəyə çatmaqdadır. Bir vaxt vardı ki, bizim ata-babalarımız təkcə palçıq bardağa və kobud yundan toxunmuş bir cüt sadə geyimə qane olurdular. İndi isə Amerikada 25 mərtəbəlik evlər meydana çıxmağa başlamışdır. Bu evlərdə yeyilən xörəklərin sayı 25-ə çatır; insanların milyonlarla başqa ehtiyac və tələblərinin təmini də o ayaqdan. Aydındır ki, belə bir qaynar və get-gedə artan həyat fəaliyyəti ərazinin də durmadan, hədsiz-hesabsız artmasını tələb edir; bu da ki, hərbi qüvvə və ona xas olan bütün atributlar vasitəsilə əldə edilə bilər.

C. Məmmədquluzadə

“Vozrocdenye” qəzeti, 13(26) oktyabr, 1905, № 9

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)

Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.

1 min
Mənim əziz oğlum Midhət! (12 iyul 1930)

Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.

1 min
Nəsrulla Qənbərli yoldaşa!

13 iyul (1930), Bakı*Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun.

1 min
Əziz oğlum Midhət! (27 iyul 1930)

Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.

1 min

Poems by other poets