İnqilabdan sonra Azərbaycanda, Türküstanda, Tatarıstanda və Gürcüstan ilə Ermənistanın bəzi şəhərlərində müsəlman kəndlilərinin oxumağı üçün çox-çox qəzet və jurnallar çıxmaqdadır.

Bu qəzet və jurnalların cəmini nəzərə alanda və onlara diqqət edəndə, baxıb görürük ki, bu cəridələri çıxardanlar, bu işə xərc və səy qoyanlar bunu heç bilmək istəmirlər ki, aya bu qəzetləri oxuyan var, ya yoxdur.

Biz bunu cürətlə və açıq-açığına deyirik ki, o cəridələrin hamısı nahaq yerə yazılıb, çölə buraxılır; çünki onları nə bir kəndli oxuya bilər, nə şəhərli oxuya bilər.

Bu işi belə səhl saymaq olmaz: məlumdur ki, ərəb hərflərilə yazılan cəridələri onsuz da oxumaq çətin bir məsələdir. Məlumdur ki, köhnə yazılarımızı oxuyub qanmaq üçün böyük elm və təcrübə lazımdır, amma əcəba savadı az olan kənd camaatına necə mümkündür o cızma-qaraları sövqat göndərmək.

Məgər o kağızlar göbələk kimi yerdən göyərirlər? Heyif deyilmi minlərcə əmələ və mürəttiblərin zəhmətləri?

Nümunə üçün götürək İrəvanda çıxan “Rəncbər” qəzetinin 6-cı nömrəsini. Nədir bu? Kim bunu oxuya biləcək? İnsafdırmı bir böyük vərəqə kağızı cızma-qaralayıb, adını qəzet qoyub kəndlinin əlinə vermək? Məgər qəzetin müdiri o qədər savadsızdır ki, qəzetin bu qədər qələt-qülətini görmür? Hansı kəndli bu “soğan kərdisindən” bir mətləb çıxarda biləcək?

Xülasə, söz birdir və həqiqət birdir. Əgər istəyirsən ki, insanlar kimi yazı yazıb, yazılanı oxuya biləsən, gərək geci-tezi çürük ərəb hərflərindən bilmərrə əl götürəsən.

Bundan başqa biz bir yol bilmirik.

“Yeni yol”, 4 noyabr 1922, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İran işləri

İran kimindir?Tutaq ki, sən deyəcəksən “İran İranındır”.

2 min
Din məsələsi

Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında.Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim.

2 min
Bakı müsəlmanları

Ay gözüm Bakı müsəlmanları, ahay igidlər, yaşasın Bakı müsəlmanları! Ay, hay, ho, ho!.. Hay, can, Bakı müsəlmanları! İgidin adı gərək. Məsələn, necə ki, deyirlər: “Flankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. Canımsınız, Bakı müsəlmanları, indi tamam Rusiyada hər nə danışıq var, hər nə söhbət və bəhs var, – hamısı sizin barənizdədir. Demək ki, illərlə çəkdiyiniz zəhmətləriniz, əməyiniz, çaylara tökdüyünüz müsəlman qanları puça çıxmadı; yenə hər nə isə bir səmərə bağışladı.“Novoye vremya” qəzetində Menşikov yazır ki, Bakı müsəlmanları pis adamdırlar; ondan ötrü ki, hər gün küçə və bazarda parta-part salıb bir-birini qırırlar və qoymurlar ruslar öz evlərində rahat yatsınlar. Menşikov yazır ki, “Bakı müsəlmanları hərçənd gecə və gündüz birbirini qırmaqdadır, amma bunların əsl fikri o deyil ki, yəni axırda birbirini lap qırıb qurtarsınlar, xeyr, bunların fikri budur ki, “parta-part” səsi ilə rusları narahat eləsinlər və axırda ruslar da bunlardan bir az inciyib Bakıdan çıxıb getsinlər”.

1 min
Ana dili

Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:

1 min

Poems by other poets · Satire