İmalə
Ərz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər.
Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər.
Biz elə bilirdik ki, içgini tərk etmək çətindir, lakin bu barədə çox həkimlərə rücu elədik. Hətta Almaniyada Erlix cənablarından yazıb soruşduq; bizə bu zeyldə yazılan müalicəni məsləhət gördülər:
“Əzvai xəzinə 3 misqal, kükürdi-fars 6 misqal, cidvari-xətayi 4 misqal, zirinc 12 misqal, krim tərtər 8 misqal”. Bu ədviyyəni bir yerdə kubidə və bixidə bir tuluq şərab və bir stəkan araq içində cuşanidə ruzi se mərtəbə bexud imalə nümayəd; yəni eyb olmasın, imalə eləyə, büsyar mücərribəst. Əgər xudanəkərdə, bu imalə təsir etməsə, o vaxt Qubadan Molla Hacıbaba bizə yazdığı bu duanı hər sübh namazından sonra 140 mərtəbə oxusun; dua inəst: ya mən şürbül-xəmr bilxof vəlhəzən vəltəcil ya mən cərğərətül imalə vəl qəbl üsküt kəma səkətül möminin. Amin!
Lağlağı
“Molla Nəsrəddin”, 11 dekabr 1911, №44
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-imale
Use ← → keys to move, R for a random poem
More by this author
Rüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
Dördüncü məclisRüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Dəli yığıncağıMƏCLIS ADAMLARI**1. H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında.
Birinci məclisBirinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.
Poems by other poets · Satire
Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!
Vay dədəDağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.