Jurnalımıza abunə yazılmaq şərtləri
Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.
Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?
Mən arzu edərdim ki, belə danışıqlar ortalıqdan götürülə idi. Səbəb budur ki, əvvəla, dünyada qəzetin, jurnalın və kitabın heç bahası-ucuzu yoxdur – hər birinə nə qədər pul verə bilsən – ucuzdur.
İkinci budur ki, indiki əsrdə pul özü hər bir şeydən ucuzdur və üçüncü də budur ki, müsəlman yazıçısı yazdığı kitabı ya qəzeti nə qədər baha qiymətə satsa, genə axırda farslar demişkən, “həmmali-bimüzd” və türklər demişkən “aldım qoz, satdım qoz” olacaq.
Jurnalımızın qiyməti:
Bir ilin müddətində (yəni əlli iki nüsxəsi)... on manat.
Yarım ilin müddətində (yəni iyirmi altı nüsxə).. beş manat.
Üç ayın müddətində (yəni on üç nüsxəsi)... iki manat yarım.
Tək nüsxəsi idarədə 20 qəpik, satıcı əlində 25 qəpik.
Biz “bismillah” deyib jurnalı başlayırıq və abunə elanını da edirik və lakin illik və yarımillik müştərilər bilməlidirlər ki, idarəmizə göndərilən pul əvvəl-axır öz yerinə çatacaq, yəni haman pula jurnal göndəriləcək və ehyana jurnalımız bəzi səbəbdən yana təxirə düşsə də, genə müştərilərin jurnalı geci-tezi müştəriyə göndəriləcək, necə ki, indiyə kimi belə də olubdur. Və Allah şahiddir ki, heç bir müsəlman qardaşın pulu idarəmizdə tələf olmayıb və əgər birinin az-çox haqq və hesabı yaddan çıxıb qalmış olsa, xəbər versin kifayət verək.
Amma bunu da ərz edə bilərik: bir para müsəlman qardaşlarda da az-çox nisyəmiz var. Onlardan da xahiş edirik ki, borclarını yerinə yetirsinlər.
Tiflisdə jurnalımız satılır və abunə qəbul olunur müsəlman bazarında “Şərq” kitabxanasında.
Müdir və mühərrir: Cəlil Məmmədquluzadə.
“Molla Nəsrəddin”, 16 fevral 1917, 32
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-jurnalimiza-abune-yazilmaq-sertleri
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
AhənrübaAhənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Evi yıxıldıNaxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.
Xeyirxahlıqİrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
Poems by other poets
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,