Ey dil, dəxi dinmə və sükut et, səni tarı,Lal ol və danışma!Sal başını aşağa və heç baxma yuxarı,Mal ol və danışma!

Gər qeyriləri cəmdəyinə vursala, dinmə!Gər başın əyib peysərinə vursala, dinmə!Pamal edə düşmən səni səbr et, bala, dinmə!Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!Sal başını aşağı və heç baxma yuxarı,Lal ol və danışma!Gər qüssələnib eyləyəsən naləvu-zarı,Mal ol və danışma!

Hər bir-iki gün dur ayağa, bağla dükanı,Get bir yavuq həmmamə, uzan, bağla hənanı,Yum gözlərini, dinmə və həm gözlə əzanı,Gər eyləmiş olsan gecə bir tövr xətanı,Get bir suya ta əxz edəsən rahəti-canı.Sal başını aşağa və heç baxma yuxarı,Lal ol və danışma!Ey dil, dəxi dinmə və sükut ol səni tarı.Mal ol və danışma!

Gər cümlə təvayif sənə əfsus edə etsin,Axirdə hökümət özünü rus edir etsin,Həm mollaların rus əlini bus edə etsin,İslamı cahanda dəxi məyus edə etsin,Ya etməyə ya ar və namus edə etsin.Şükr et, yegilən bozbaşını, eylə naharı,Lal ol və danışma!Sal başını aşağa və heç baxma yuxarı,Lal ol və danışma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təfavüt

Qubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.

2 min
“Sənət və ədəbiyyat”

A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir:“Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”.

2 min
Vəlvələ

Mart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar.Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular.

2 min
Şadlıq xəbəri

Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.

2 min

Poems by other poets