Məhərrəmlik
“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.
Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.
Bu barədə çox-çox sözlər danışılıb, çox sözlər yazılıb; amma yenə həmin vəhşilik və yenə həmin dəlilik.
Lakin hər şeyin bir axırı olan kimi, bunun da gərək bir axırı ola.
Və əgər bu barədə qələm sahiblərinin, “natiq” və “fəzillərin” dəlilli və isbatlı moizələri yenə təsir bağışlamasa və yenə əgər lotu-potular küçələrə düşüb, qonşu millətləri üstümüzə güldürməkdən əl çəkməsələr, onda həmin bambılıların da qulağından yapışıb dəlixanaya salmaq lazım gələcək.
Mığmığa
“Yeni yol” 6 avqust 1923, №24
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-meherremlik
Use ← → keys to move, R for a random poem
More by this author
Sən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Yoldan keçər ikənYoldan keçər ikən nəzərim bağə sataşdı,Guya ki, mənim qəlbimə bir nöqtə dolaşdı.
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Poems by other poets · Satire
Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib,Bütün əmmaməli meymunlara yoldaş gəlib.
«Şərq qadını» məcmuəsinin bir illik bayramınaSən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,