Məşrubat
Dünən bir nəfərdən eşitdim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbini soruşdum, cavab verdi ki:
– Rəməzan gecələri arağın və çaxırın müştərisi çoxalır.
Mən təəccüb elədim və rəfiqim and içdi ki, müsəlmanlar orucluq gecələri qeyri vaxtlardan artıq şərab içirlər.
Bu belə.
Şəriətimiz məşrubatı haram buyurub, amma and olsun Allaha ki, müsəlmanlar qeyri millətlərdən də artıq içib keflənmək dərdinə mübtəladırlar. Belə olan surətdə biz, demək şəriətə də baxmırıq.
Bu da belə.
Məşrubatı Rusiya hökuməti iki dəfə qədəğən elədi: bir dəfə Kerenski zamanında, bir dəfə də kommunistlər qədəğən elədilər. İndi bu saat Rusiyada bir nəfər içib keflənə, ya dükanda, evdə içki saxlaya, səxt mücazata düçar olacaq. Amma islam şəriətinə qail olan Təbrizdə əğləb müsəlmana rast gəlirsən,– onu kefli görürsən.
Bu da belə.
Bizdə dəxi utanmaq qabiliyyəti qalmayıb. Adam adama deyər: “Əgər Allahdan utanmırsan, barı bəndədən utan!”. Əgər şəriətdən utanmırsan, barı xaçpərəstlərdən həya elə! Əgər xaçpərəstlərdən utanmırsan, barı bütpərəstlərdən utan! Yoxsa sən gündüzlər oruc tutub, gecələr pulunu çaxır satanlara xərcləyəcəksən, yoxsa adını müsəlman və insan qoya-qoya əziz vaxtını və bədənini araq və çaxır zəhərlərilə zay edəcəksən, o vədə sən həm Allah yanında məsulsan, həm əhlü əyalın yanında xəcilsən, həm insaniyyət aləmində yerin alçaq məqamlarda qərar tutacaq.
Bu da belə.
Qaldı hökumətimiz.
Bilmirəm, səbəb nədir ki, hər ayda və hər gün hökumət tərəfindən gah flan şey qədəğən olunur, gah flan iş mən olunur, gah flan iqdamata ya flan tiçarətə icazə verilmir.
Niyə bəs indiyə kimi bircə dəfə də olmayıb və görsənməyib ki, müsəlman hökuməti tərəfindən islamda haram buyrulan və cəmi millətlər içində qədəğən olunan məşrubat istemalı kimi ərzəl bir işə rəsmi qədəğənçilik sadir ola?
Məşrubatı qədəğən eləməyə nə bir çətinlik?
Meyxanaları mən etməyə nə bir mane? Kimdir hökumətin əlini tutan ki, qələmi götürə və imzalaya ki, min bəd küçə və bazarda, evdə və məclislərdə məşrubat içənə və məşrubat satana və məşrubat saxlayana bu qədər cərimə və bu qədər həbs qərar veriləcək.
Bu nə bir çətin məsələdir? Kimdir buna mane olan və mümkündürmü ki, belə bir müqəddəs qərardadı bu gündən sabaha qoymaq?
Belə məlum ki, bizim alnımızda yazılmayıb ki, yer üzündə biz də varlığımızı bildirək.
Yəqin ki, yazılmayıb.
Mozalan
“Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mesrubat
Use ← → keys to move, R for a random poem
More by this author
“Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar.Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları.
QoqolBu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
OxucularımızaKeçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?
Heç bilirikmi?Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...
Poems by other poets · Satire
Millətin halı bu gün xeyli yamandır, getmə!
Nəfsin qərəzi, əqlin mərəziEy nəfs, fərz bildiyim üçün niyayişin,Daim edəm gərək gecə-gündüz sitayişin;
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!