Keçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.

Bəs hanı o şairimiz?

Kəmali-yəslə cavab veririk ki, haman şairimiz neçə aydır ki, yorğan-döşək içində xəstədir.

Möhtərəm oxucularımızın nəzərinə bu mətləbi yetirmək istəyirik ki, əziz ədibimiz xəstəliyinə bərabər nəinki müalicə xərcinə, bəlkə adi yövmiyyə məsarifinə möhtacdır. Lakin bu xüsusda nə özü, nə onun dost və əqrəbası qəm etmirlər. Ondan ötrü ki, dünyada ən seçilmiş və əsrlərcə yaddan çıxmayan qələm sahibləri gündəlik ruzuya möhtac olublar. Buna görə belə ədiblərimiz nə qədər bizim üçün qiymətlidirlərsə bir o qədər də bizlərdən ianə gözləməyə ixtiyarları vardır. Bunu da deyə bilərik ki, bu neçə ayın müddətində dostların köməkliyi ilə möhtərəm şairimiz müalicə olunubdur, ancaq xəstəliyi şiddətli olduğundan lazımınca nəzir olmayıbdır.

Bu sözləri yazmaqda məqsədimiz bu mətləbi oxucularımıza və aşnalarımıza yetirməkdir, keyfiyyəti bilsinlər və biləndən sonra öz borclarını yerinə yetirə bilsinlər.

Xəstə bu heyndə Şamaxı şəhərindədir. İanə göndərmək xahiş edən qardaşlar “Molla Nəsrəddin” idarəsinə müraciət edə bilərlər, bizim də təklifimiz bu olacaq ki, göndərilən ianəni buradan yola salaq Şamaxı şəhərində məşhur və möhtərəm tacirlərimizdən Hacı Əbdürrəhim Səmədov cənablarına ki, muşarileyh də Mirzə Abbasqulu Səhhət vasitəsilə xəstəmizə yetirsin.

İanə verənlərin adlarını və ianələrin qədərini borclu oluruq hər dəfə məcmuəmizdə və bundan sonra Bakıda çıxmalı olan əvvəlinci gündəlik ruznamədə çap edək.

Molla Nəsrəddin idarəsi tərəfindən.

“Molla Nəsrəddin”, 23 aprel 1911, № 15

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üzr istəyirəm

Sənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.

2 min
Din söhbətləri

Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?

3 min
Qəzalarda yol məsələsi

“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.

2 min
Əsatiri-əvvəlin

starıe skazki*Dili qurusun mədinəlilərin!

1 min

Poems by other poets