Məzəli xəbərlər
Buxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.
Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.
İndi yapışasan gürcü yazıçısının əlindən və aparasan Buxarada Qurğan şəhərindəki hakimi nişan verəsən.
Allah belə hakimlərə bərəkət versin.
Dəli
“Molla Nəsrəddin”, 4 avqust 1908, №31
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mezeli-xeberler
Use ← → keys to move, R for a random poem
More by this author
Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.
Fars konsuluDeyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.
Allah, bədnəzərdən saxla!Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.
Ev adlarıBakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.
Poems by other poets · Satire
Arif çalışır ki, millət azad olsun,Zahid çığırır ki, məscid abad olsun.
Parisdən-Tehrana“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.
Ey gözümÇəkmə qəm millət yolunda, şad ikən qıl seyri-bağ,Lalərüxlər seyrin et, çək sineyi-məzlumə dağ.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər