Müsəlmançılıq
Nəinki bircə dağlıq yerlərdə, hətta aran yerlərdə də kənd camaatının çoxu yer altında qazmalarda yaşayır.
Mən ki, deyirəm yaşayır, əlbəttə ki, bu bir səhv sözdür; yaşamaq deyil, ölümə müntəzir olmaqdır. Min illərcə əhalinin qolçomaq sinifləri–xanlar və hökmranlar kənd əhalisini korşuda-korşuda insanlıqdan çıxarıb, yerin altına pənah aparmağa məcbur qılıblar.
Bir tərəfdən də hökmdarların quyruğu və qapıçısı hesab olunan kənd mollaları avama təsəlli veriblər ki, bu dünyada şən və şöhrət, rahatçılıq müsəlman bəndəsinə yaraşan deyil; müsəlmana yaraşan–zillət, zəhmət və bu beş günlük dünyada daldada və bucaqda, yer altında olmuş olsa, kənar və guşədə Allahı dua və səna ilə yada salmaqdır. Amma özləri?
Xanların, bəylərin və mollaların öz imarətlərini hamı görübdur: kəndin içində ali tikililər, söz yox, xanların və mülkədarların olubdur. Çox yerdə qazı və axundlar bunlardan geri qalmayıblar.
Ancaq kəndlilər darma və qazmalarda güzəran ediblər. Kəndlilər ancaq şura zamanı yada düşdü; ancaq bu zaman onların insan olmaqları təsdiq olundu.
Yoldaş M. Əfəndiyevin yuxarıdakı məqaləsi sözlərimizə bir dəlildir. Bu yoldaş deyir: kəndliləri Şura hökuməti yerin altından çıxaracaq. Biz də belə görürük ki, Azərbaycanın şuralaşmağının on illiyi yer altında yaşayan kəndlilərin qaranlıqdan çıxıb, günün üzünü görmələrinə böyük və şanlı yadigar olacaqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 noyabr 1929, №48
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-muselmanciliq-2
Use ← → keys to move, R for a random poem
More by this author
Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Dördüncü məclisXəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.
Poçt qutusuNoyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Kişmiş oyunuQış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq.Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına.
Poems by other poets · Satire
Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Mahi-Kən’anın batıb, ey piri-Kən’an, qəm yemə!Mahi-Kən`anın batıb, ey piri-Kən`an, qəm yemə!Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!
Şuşa mollaları haqqındaHeyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
DərvişAy Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.