Muştuq
Bu urus tayfası doğrudan, çox xamdı.
Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır.
Bu qərardad, əlbəttə, rus uşkolalarında dərs deyən elmi-ilahi müəllimlərinə xoş gəlmiyəcək idi və necə də xoş gələ bilərdi, bir surətdə ki, şair deyib: “Tərki-adəti tərkitmək mövcud mərəzin naxoş olmağına səbəb ola bilər”.
Yazıq fağır urus elə xəyal eliyib ki, müsəlman elmi-ilahi müəllimləri belə qərardada boyun əyib dəxi aciz qalacaqlar. Amma xeyr, bu xəyal xam xəyaldır.
Belə ki urus-müsəlman uşkolasında dərs verən müəllimlərimizin biri bir gün arşın yarım uzunluğunda bir yoğun muştuq çıxardıb başlıyır uşaqların birini döyməyə. Uşkolanın naziri şaqqıltının səsinə gəlir görsün ki, bu nə mərəkədir. Müəllim tez bir papiros çıxardıb taxır muştuqa və başlıyır çəkməyə və nazirə deyir ki, uşaq dərsini bilmirdi mən ehmalca yapışdım qulağından, zırımpanı başladı. Nazir də müəllimin sözünə inanıb qoyub gedir. Vəssalam.
Onu demək istəyirdim ki, bu urus tayfası doğrudan, çox xamdır, elə bilir ki, falaqqanı və ağacı məktəblərdən götürmək ilə dəxi müəllimlərimizi məəttəl qoyacaq.
Muştuğun canı sağ olsun.
Cırcırama
“Molla Nəsrəddin”, 19 aprel 1909, №16
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mustuq
Use ← → keys to move, R for a random poem
More by this author
Mirzə Allah sənə rəhmət eləsin!**Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Saqqallı uşaqBu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
Xanın təsbehiBakı ilə Tiflisin arasında dəmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bərdəyə, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şəhərinə. Ağdamdan sol tərəfə şosse yolu gedir çıxır Qarabulağ şəhərinə, buradan Cəbrayıla, Cəbrayıldan yol gedib çıxır Araz qırağına.Məşhur Xudafərin körpüsü həmin buradadır.
AzərbaycanDünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
Poems by other poets · Satire
Insafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!
Bir əsridi çıxmışdı ki, meydanə pristavBir əsridi çıxmışdı ki, meydanə pristav,Mexluqu gətirmişdİ bütün canə pristav,
Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")CAVAN-QOCA– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.