Dinli, imanlı, ədalətli, ibadətli, ağzıdualı, əli təsbehli hacıları Allah-taala dünyada nədən ötrü xəlq eyliyib?

Ondan ötrü ki, ölülərimiz vəsi və qəyyumsuz qalmasınlar və yurdları kor olmasın və mallarını zorba-zorlular yeyibdağıtmasınlar və mövqufatlar ara yerdə puç olmasın.

Lakin Dağıstanda Petrovsk şəhərindən savayı bu mətləbi heç bir yanda indiyədək mülahizə eləmiyiblər. Belə ki, bir neçə il bundan irəli bu şəhərin ağzıdualı hacıları bir yerə cəm olub məhz Allah rizası üçün hökumətin izni ilə və qazi cənablarının təsdiqi ilə bir qəyyumluq kantoru açıblar ki, hər bir müsəlman özünə qəyyum və vəsi təyin etmək istəsə, həmin kantoraya rücu eləsin ki, bəlkə ədalətli və ibadətli şəxslərin səy və təlaşı sayəsində heç bir müsəlmanın səğirlərinin hüququ mərdüməzarın ixtiyarına keçməsin.

Allah ömür versin, bu neçə ilin ərzində qəyyumluq kantorası göstərdiyi xidmətin intəhası yoxdur. Buradan çıxan saleh-qəyyum və vəsilər hələ indiyədək heç Naxçıvanda da görsənmiyib.

Sözümüzü sübuta yetirməkdən ötrü adbaad saya bilərik.

Petrovsk kantorasından şəhadətnamə alıb çıxan dindarların biri 1317-ci tarixdə vəfat edən Məlikməhəmməd Babayevə qəyyum olub və mərhumun tərəfindən imtiyazı alınan məktəbi təmir eliyib millət üçün bir böyük yadigar qoydu.

Həmin kantoradan şəhadətnamə alıb qəyyumluğa çıxanların biri də 1322 tarixdə həccə gedən günü vəfat edən bir dövlətliyə qəyyum olub və mərhumun altı yaşında qızını çığırda-çığırda qazinin köməkliyi ilə öz qardaşı oğluna nikah etdirib ki, dövlət əldən getməsin.

Kantoradan çıxan qəyyumların biri Səmərqənddə Axund Hacı Molla Barat cənablarıdır, biri Danabaş kəndində Hacı Kərimdir. Xülasə, söz müxtəsər yaxşıdır.

“Molla Nəsrəddin” vasitəsi ilə ətraf və əknafa elan olunur ki, qeyr məmləkətlərdə hər bir kəsə əmin və ağzıdualı vəsi və qəyyum lazım olsa, bu adres ilə istəsinlər: Petrovsk, Dağıstan, Baryatinskaya küçədə, qəyyumluq kantora rəisi Hacı filankəsə.

Lağlağı

“Molla Nəsrəddin”, 19 aprel 1909, №16

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qoşa balınc

Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:

12 min
Toy

Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.

5 min
Eydi-rəməzan

Şükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.

5 min
Çay dəsgahı

1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba

12 min

Poems by other poets · Satire