Çaqqal
Meşə çaqqalsız olmaz.
Atalar sözü
Səmərqənd meşələrində hər qism heyvan var; lakin bu heyvanların içində axır vaxtlarda çaqqal görsənmirdi. Bu da çox qəribə bir işdir, çünki məlumdur ki, “meşə çaqqalsız olmaz”.
Bu məsələ Avropa üləmasını çoxdan məşğul eləmişdi. Və neçə dəfələrlə Avropadan və Rusiyadan səyyah dəstələri gəlib, Səmərqənd meşələrini gəzib, çaqqal tapmayıb gediblər.
Daşkənd şəhərində çıxan “Türküstan” qəzeti yazır ki, axırda Səmərqənd meşələrində çaqqal da tapıldı. Və əhvalatı bu qərar ilə yazır:
Bir neçə ay bundan əqdəm Rusiya tatarları ədiblərindən möhtərəm Fateh Kərimi, Zakir Qadiri və Əhməd İshaqi cənabları bir heyət təşkil edib, Səmərqəndə tərəf azim olublar ki, çaqqaldan bir xəbər bilsinlər. Musafirlər səmərqənd meşəsinə daxil olub bir şey tapa bilməyib və yorulub bir ağacın dibində oturublar ki, rahat olsunlar və bikarçılıqdan bir kitab açıb başlayıblar oxumağa. Kitabın adı “Təhrirül-imrə”, yain-ki “Xanımları əsarətdən qurtarmaq” imiş. Yazanı Qasım bəy Əmin.
Ağalar kitabı açıb oxuyan kimi görüblər ki, bir ağacın yuxarısında bir heyvan ulayır və aşağı acıqlı baxa-baxa hirsindən ağacın budaqlarını gəmirtdəyir.
Deməginən bu heyvan çaqqal imiş.
Bu səs şəhərə dağılan kimi xalq həyəcana gəlir. Və bir paraları istəmir inansın, bir paraları da cavab verirlər ki, xeyr, o heyvan çaqqal deyil imiş, bəlkə Səmərqənd müftisi məhəmməd Bəqa xacə imiş. Xülasə, əhvalat bu cür olur. Axırı nə olacaq, onu da Allah bilir.
Lağlağı
“Molla Nəsrəddin”, 12 aprel 1909, №15
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-caqqal
Use ← → keys to move, R for a random poem
More by this author
Bu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.
UşaqlarımızCümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar?İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər.
“Mini-mini masallar”Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun.Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər:
Təzə əlifbaAdam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib.İnsafdan uzaqdı ki, qaşığı götürüb, başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi.
Poems by other poets · Satire
Çıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.