Uşaqlarımız
Cümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar?
İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər.
İstəyirdim deyəm ki, belə olanda lazımdır, uşaqlarımızın da fikrinə qalmaq; çünki uşaqlarımız bikar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yapışıb yoldan ötüb keçənlərə “ğoğo” eləsinlər və papaqlarını atıb qatır ürkütsünlər.
Xülasə, istəyirdim deyim ki, uşaqlarımız üçün də lazımdır teatr hazırlamaq və bundan ötrü lazımdır teatr yazanlarımıza təklif edək ki, uşaq pyesləri yazsınlar, ta ki, teatr baş idarələrimizin bəhanəsi kəsilsin; amma bu sözlərimin hamısını geri götürürəm və buna da səbəb odur ki, küçələrdə ildırım kimi çaxıyan avtomobillər axır vaxtlarda başlayıblar uşaqları əzib tikə-parça eləməyə.
Bir neçə gün bundan qabaq qəzetlərdə oxudum ki, Bakı məhkəmələrinin birində bir şoferi müqəssir tutmuşlar ki, Persidski küçədə filan uşağı öz avtomobililə əzib öldürübdür. Amma qoçaq şofer yaxşı cavab verib. Deyib ki, günah məndə deyil, uşaqdadı; ondan ötrü ki, mən avtomobili sürdüyüm yerdə uşaq hücum ilə özünü soxdu avtomobilin altına.
Belə məntiqli cavabın müqabilində məhkəmə sədri aciz qaldı və şoferi günahsız hesab edib təqsirindən keçdi.
Amma Allah rast saldı ki, uşaq bu dünyada deyil imiş; yoxsa ola bilərdi ki, uşağı məhkəməyə çəkib müqəssir tutalar ki, avtomobilin üstünə hücum edib.
Yazıq avtomobilçi!
Dünən axşam Kommunist küçəsində gəzirdim. Avtomobillər ox kimi sağdan-sola, soldan-sağa vıyıldayıb gedirdi və tez sürməyə də haqları vardır; çünki mühüm işdən ötrü tələsirlər.
Buna heç sözümüz yoxdur.
Amma bircə biz bunu başa düşmürük ki, əgər bunlar getdikləri yerə vaxtında çatmaqdan ötrü evlərindən iki dəqiqə tez çıxsalar və maşınları güllə kimi sürməsələr və həftədə-ayda bir uşaq basıb anaları ağlar qoymasalar, qiyamətmi qopar!
İşləri belə gördükdə o binəva uşaqlara mənim vəsiyyətim budur; teatr olan küçələrə getməsinlər.
Bəs, hara getsinlər?
Getsinlər dağlı məhəlləsinin it və pişik ölüsü ilə zinətli küçələrini seyr etsinlər və orada oynasınlar. Doğrudur, burada olan zibil üfunətindən azar-bezar tapacaqlar, amma bir tərəfdən də böyük arxayınçılıqdır: burada avtomobil olmaz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 26 yanvar 1924, №3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-usaqlarimiz-2
Use ← → keys to move, R for a random poem
More by this author
Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.
MeymunlarHürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).
Danabaş kəndindənAxund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..
MıncıqBirisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.
Poems by other poets · Satire
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Deyirsən ki...Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaşOruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,