Nə olardı?
“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.
Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.
Əvvələn, məgər şeyxülislamın dəxi özgə dərdi, özgə bir fikri yoxdur ki, katalikos onun yadına düşür? İkinci, bəli, nə eybi var, düşür, düşsün; amma lazım deyilmi ki, adam bir sözü danışanda bilə və görə ki, nə danışır?
O sözlər ki, “Günəş”də çap olunub, – o sözləri hər bir ağıllı erməni oxusa, söz sahibini qəribə bir adam hesab edəcək. Məsələn, dürr danələri “Günəş”in sapına belə düzülüblər: şeyxülislami-Zaqafqaz 80 yaşında vəfat edən katalikosa deyir: “Aya səbəb nə oldu ki, sən bu tezlikdə sevgili camaatından ayrıldın?”. Sonra şeyx cənabları ermənilərin kilsələrini və məktəblərini tərifləyib, katolikosu ermənilərin tərəqqisinin işığına odlanmış pərvanəyə oxşadır.
Budur şeyx cənablarının “Günəş” qəzetində yazdığı.
Xudaya, bu işlərin hamısı səndədir. Nə olardı ki, heç katalikos ölməyəydi və Pişnamazzadə cənablarını dərdə və qəmə salmayaydı.
Yaxşı, öldü, öldü. Nə eləmək, əcəldir, hamı öləcək. Xudaya, nə olardı, şeyx cənabları belə bihudə, biməna və bimövqe sözlərlə millətimizin xırdalanmağına dəlalət edən sözləri qəzetlərə göndərməyəydi.
Çox əcəb, hələ bir saatlığa deyək ki, yazdı, göndərdi; nə olar, qoy göndərsin. Bəs qəzet sahibinin insafına nə gəlmişdi ki, o sözləri çap edib bizi utandırdı!
Bəli, hələ tutaq ki, qəzet müdiri şeyxə hörmət eləyib, onun məqaləsini səbətə salmadı və qəzetdə yazdı. Ax, nə olardı ki, Molla Nəsrəddin bir az səbr eləyəydi və bu işi tez götürüb jurnala yazmayaydı.
Nə olardı? Məgər yazmasaydı, dünya dağılardı?!
Dəli
“Molla Nəsrəddin”, 12 yanvar 1911, №2
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ne-olardi
Use ← → keys to move, R for a random poem
More by this author
Hərçənd avam camaat içində bu cür danışıq həmişə ortalığa gəlir ki, indiki əsrdə dəxi möcüz vaqe ola bilməz. Belə məlum olur ki, bu əqidə puç bir əqidədir və qədim əsrlərdə peyğəmbərlər və imamlar tərəfindən baş verən möcüzələr indiki əsrdə də üz verə bilər və aşağıdakı əhvalatı hər bir insaf əhli oxuyub görəcək ki, yazdığımızda bir zərrə qədər şəkk yoxdur və ola bilməz.Novruz bayramına bir neçə gün qalmış Bakıda Merkuri küçəsində qalan şikəst əsgərlərin altmış nəfəri sürünə-sürünə özlərini salır idarələrin birinə ki, bəlkə bayram münasibətilə bədbəxtlərə orada bir cüzi bayramlıq verilsin. Müdir isə həmin əziz günləri mülahizə edib kərəm üstə gəlir və “pənah Allaha” deyib buyurur ki, həmin altmış nəfərə bir girvənkə torpaqlı kişmiş verilsin, yəni çaharşənbə yemişi verilsin.
MükafatHər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər.Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb.
KəməndE... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən...Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax...
AğacAğac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!).Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı.
Poems by other poets · Satire
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.