Möhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?!

Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.

Səbəbi budur ki, əgər bir az vaxtda haman bağlanan qəzetlər bağlanmasaydılar, bu qəzetlərin varlığı ilə yer üzünün cəmi müsəlman tayfaları yuxudan ayılıb baş qalxızacaq idilər və baş qalxızandan sonra, bir az müddətdə o qədər tərəqqi edəcək idilər, o qədər tərəqqi edəcək idilər, o qədər tərəqqi edəcək idilər ki, qonşu hökumətlərə və o cumlədən Rusiya hökumətinə sədəmə yetirəcək idilər.

Hər kəs bu mətləbi qanmaq istəyir, götürsün bağlanan qəzetlərin köhnə nüsxələrini və rast gəldiyi yerindən oxusun. Hər kəs oxuyub desə ki, “mən başa düşdüm”, o vədə Molla Nəsrəddin “pəs”!..

Görəcəksən ki, başdan yazılıb: “şimdi”, ortada osmanlının köhnə yazılarına oxşar filosofanə hədərən-pədərənlər, bəzi yerlərində ərəb dilicə küçə söyüşləri, axırda təzə törəmə elmsiz yazıçılarımızın imzaları, yəni öz adları, atalarının adı, babalarının adı, sonra familiyası, sonra da təxəllüsü!

Xülasə, qəzetləri bağlamaqda və yazıçılarını dama qatmaqda mən hökuməti haqlı tuturam.

Və lakin, yeni qəzetin bağlanmasının bir səbəbi də var və o da budur ki, haman qəzet, müdiri-məktəbi-vilayəti-Şamaxı, fazili-yeganə, ədibi-bimisl və alimi-zəmanə cənabi-müstətab Şeyxzadə Hafiz Məhəmməd Əmin əfəndi həzrətlərinin qəzetinin banderolunda səhvən bu kəlmələrin birini əksik yazıb; yəni çox böyük xəta edib ki, Fitilbörkdən teleqram ilə hökm olunub ki, “Yeni həqiqət” bağlansın.

Amma insaf deyil ki, bir dəfə səhv eləməklə qəzeti bağlasınlar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 31 mart 1911, №12

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müsəlmanlar silahlanır

Möhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.

3 min
Arvadbazlıq

Axır vaxtlarda “Molla Nəsrəddin” idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz.Məsələ budur:

2 min
Qorxmayanlar

Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr.Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub.

2 min
Rus məxrəci

Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir.– Vələzzalin.. .

3 min

Poems by other poets · Satire