“İşıq”
Doğrudur, Bakıda çıxan “İşıq” qəzeti müsəlman qardaşları işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırar.
Onuncu nömrəsində qəzetlərin bağlanmağından söhbət açıb baş məqaləsində deyir ki: “İttihadi-müslimin bizim ruhani əmalımızdandır və Rusiya hökuməti ittihadi-müslimin yolunda çalışan müsəlman yazıçılarını həmişə dost tutub. Rusiya hökumətinin baş vəziri biz müsəlmanların ruhani əmalımızı o dərəcədə xoşlayır ki, özü həmişə məscidimizə gəlib, axund Bayazitovdan namaz qılmaq dərsini alır ki, islam dininə müşərrəf olsun”. Sonra yazır ki, bir gün var idi, bir gün yox idi, bir qoca kişi var idi və bu qoca kişinin iki bədxasiyyət nəvəsi var idi. Bir gün nəvələrinin biri, Heydərqulu, babasından soruşdu ki: baba qələm sahiblərimizin tutulmağına sən nə deyirsən? Babası cavab verdi ki:
– Müsəlmanlar üçün artıq müəssir olmalıdır ki, qələm sahibləri istər günahkar, istər bigünah, tutulmuşlar; çünki əgər günahkardırlar, qələt eləyiblər ki, günahkar olublar, əgər təqsirsizdirlər, yenə də qələt eləyirlər ki, təqsirsiz ola-ola tutulurlar.
Qurban olum sənə söz danışan!..
Lağlağı
“Molla Nəsrəddin”, 31 mart 1911, №12
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-isiq
Use ← → keys to move, R for a random poem
More by this author
Bəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
Bisavad“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
İpİrəvandan bir belə kağız aldıq:“Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”.
Poems by other poets · Satire
Yubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
Ax!..Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladı-vətən xam idi!
SinəzənÇək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,
Yumruq (2)(2)Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı,