Əgər Bakıdakı müsəlman qardaşlarımız bir az ehtiyatlı dolanmasalar, hələ bundan da pis nəticə törəyə bilər. Vaqeən, axır hökumət lap aşkar görür ki, Bakıda müsəlmanlar birləşiblər və bu birləşmənin əsərləri çox işlərdə zahirə çıxır, xüsusən məktəb işlərində.

Hələ buradan başlayaq ki, Bakıda şəhər məktəblərinin müsəlman müəllimlərinin arasında qəribə bir ittihadi-müslimin əmələ gəlib. Əvvələn, bunların bəzisinin libasları Bakı qoçularının paltarına oxşayır. İkinci əlamət budur ki, cəmi müəllim qardaşlar söz bir eləyiblər ki, heç bir iş görməsinlər; bu özü də elə əsl ittihadi-müslimindir; çünki əgər müəllimlərin biri, ya bir neçəsi iş görməsə, eybi yoxdur; amma əgər cəmisi iş görməsə, əlbəttə, bu olacaq “ittihadi-müslimin”.

Odur ki, baş vəzir Stolıpin o dərəcədə ehtiyat eləyib ki, bu axır vaxtlarda vəzirdən soruşurlar ki, “sən nə səbəbə cürət edib, əsas qanunların 87-ci fəslini pozdun?” – Stolıpin elə bir cavab verib ki, adam eşidəndə yəqin eləyir ki, vəzir cənabları ya gəncəlilərin novruz bayramlarındakı hərəkətlərindən qorxub dualıq olub, ya da ki, müsəlmanların təzə çapdan çıxan kitablarının minlərcə dağılmağını görüb çaşıb.


Bəli, söhbət Bakı müəllimlərindən düşmüşdü.

Keçən günlərdə bir müəllim istəyirmiş məktəbdə uşaqlar üçün uşaq teatrı düzəltsin. A başınıza dönüm, bu xəbəri eşitcək, cəmi müsəlman müəllimləri “ittihadi-müslimin” eləyib, bu nadinc müəllimi baykot eləyirlər və səbəb də bunu qoyurlar ki, niyə qoymursan dinc və farağat oturaq!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 7 aprel 1911, №13

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 min
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 min
Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 min
Xan hünəri

İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..

2 min

Poems by other poets · Satire