İndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.

Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:

– Neft fəhlələrinin bir parası kalafa da tapmır ki, orada qalsın; bunlar yəqin ki, yerlə göyün arasında qalırlar.

Sözüm orada deyil.

Sözüm oradadır ki, həmin bugünkü iclasda neft fəhlələrinin mənzilləri barəsində bir böyük mərəkə düşüb. Bugünkü bəyanatdan məlum olub ki, neft fəhlələrinin çoxunun heç evi yoxdu ki, orada qalsın; hələ bu məsələ indi müzakirəyə qoyulur. Yenə yaxşıdır yada düşdü ki, neft fəhlələrinə lazımdır ev, vermək ki, çöldə, soyuqda yatıb çərləməsinlər. Və bunu ki babətdə lazımdır eləmək:

Birinci babət budur ki, neft kimi böyük bir dəstgahın canlı matorlarını gərək səliqəli saxlayaq ki, dəstgahımız işdən düşməsin.

İkinci babət də bir sadəcə sözdür: heç olmasa zəhmətkeşlərə yazığımız gəlsin.

Mən ki, belə qanıram: dəli deyirsən – de, ağıllı deyirsən – de.

Dəli

“Molla Nəsrəddin”, 31 dekabr 1922, №8

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire