Oktyabr inqilabı və şaxsey
Oktyabr inqilabı barəsində çoxları çox şey yazırlar və hey yazmaqdadırlar, amma mən qorxuram bir şeyi unudub yaddan çıxaralar.
Gərək biz hamımız bunu etiraf edək, yəni boynumuza alaq ki, Oktyabr inqilabı bir para insanları işdən salıb, lap bədbəxt elədi. Mən o adamları deyirəm ki, mahi-məhərrəmdə onların ixtisası, onların peşəsi imam təziyəsinin “yubiley” bayramını icarəyə götürmək idi.
Bu da hamının işi deyildi: hər şəhərdə bir nəfər, ya bir neçə nəfər təziyə podratçısı var idi ki, bunlar məhərrəm qabağı şəhərə düşüb, əllərində siyahı, müsəlmanlardan pul yığardılar; necə ki, ərz olundu hər şəhərin öz müəyyən məhərrəmlik podratçısı var idi ki, bir paraların adlarını keçən vaxtlarda idarəmizə yazıb bildiriblər. Yadımızda qalan bunlardır: Gəncədə Hacı molla Mirmurtuza, Qalada şeyx Möhsün qəssab, Yerevanda Kəblə Zülfüqar, Naxçıvanda Hacı Şeyx Əli və Hacı Hüseynəli, Şamaxıda Hacı Məcid əfəndi və qeyriləri.
Cəm olunan pullar nəyə sərf olunardı? – Çaya, qəndə, limona, tütünə, qəhvəyə, imam qarasına və imam yolunda çalışan hədsiz Allah bəndələrinə ki, ibarət olsun məscid və minbər xadimlərindən, şəbehgərdan dəstələrindən və şaxsey dəstəsində ağ alıb qanı tökülənlərdən.
Və pul da az yığılmazdı: çox vaxt olardı pulun say və hesabına yetişmək mümkün olmazdı, savayı ondan ki, minbərlərdən mərsiyəxanlar bəy və xanlardan və tacirlərdən vüsul etdikləri pulların miqdarı on minlərlə sayılardı.
Bu belə.
Amma indi zəmani ki, biz indi bu şaxsey dəstgahını qədəğən etdik, doğrudur, bu tərəfdən yaxşı oldu, pis olmadı; səbəb budur ki, hər il şəhərin lotu-potuları, keçəl və küçəl bambılıları hərə əlinə bir zopa alıb düşərdilər küçələrin canına və anqıra-anqıra şəhəri dolanıb bikar və avam arvadları və qızları özlərinə tamaşa elətdirərdilər və aşura günü də başlarını yarardılar və bir parası bədənlərinə küt nizə və bıçaq keçirərdilər.
Hələ bir saatlığa tutaq ki, bu iş yaxşı oldu (yəni yaxşı oldu ki, bu bambılılar getdilər öz kəsbkarına).
Amma bəs məhərrəmlik ticarətinin batmağına və o yazıq təziyə podratçılarının işdən düşməklərinə nə deyirsən?
Bu yaxşı olmadı və buna Allah da şahiddir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 noyabr 1927, №45
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oktyabr-inqilabi-ve-saxsey
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Həmidə! (8 sentyabr 1924)Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Midhət! (Orenburq, 9 oktyabr 1924)8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.
Poems by other poets · Satire
Qoy sağ olsun başımız, düşməsin əsla ayağa,O bizi torğa qoyub, gərçi satıb yandırdı;
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.